Haqqımızda

Bu gün bir çox şirkət tədbirlərin planlaşdırılması, hazırlanması və təşkili ilə məşğul olur. Lakin Amapola Exclusive Events şirkəti bu fəaliyyət növünə öz xüsusi yanaşmasını tətbiq edir.

 

Əsası 2013-ci ilin avqust ayında qoyulmuş “Amapola Exclusive Events” şirkəti bütün növ korporativ və özəl tədbirlərin, o cümlədən şəhər və dövlət miqyaslı geniş tədbirlərin peşəkar səviyyədə təşkil edilməsi ilə fərqlənir. Şirkət çox sayda maraqlı və müxtəlif layihələrə imza atmışdır.

Konseptual yanaşmamızın əsasını təşkil edən prinsip çox sadədir: hər bir müştərinin tədbiri elə mühüm bir hadisədir ki, o, unikal və unudulmaz olmalıdır. Bunun üçün biz həyata keçirilən tədbirləri planlaşdırır, təşkil edir və onlara bütün mərhələlərdə nəzarət edirik.

Amapola Exclusive Events şirkəti tədbir təşkili sahəsində dünyada tətbiq olunan ən son trendləri və ən yaxşı təcrübəni izləyir və öz müştərilərinə geniş və fərdi seçimlər təklif edir.

Müştərilərimizin tələb və gözləntilərinə cavab vermək üçün biz ən yeni, fərqli və maraqlı həllər tətbiq edirik.

Biz ən qeyri-adi ideyaları uğurla həyata keçiririk!

Tədbirin sizin və qonaqlarınız üçün unudulmaz olmasını istəyirsiniz? Hər şey sizin əlinizdədir!

 

Hörmətlə,
“Amapola Exclusive Events” şirkətinin komandası

Fərdi müştəri hesabı