Balacalar üçün bayram: nəyi necə etməli?

Hər bir tədbirdə müvafiq atmosferi yaratmaq vacibdir. Lakin 1-3 yaşlı uşaqlar valideynlərin emosiyalarından çox asılıdırlar və gərgin, sıxılmış böyüklərin məclisində onlar doyunca əylənə bilmirlər. Buna görə yalnız hansı uşaqları dəvət etmək barədə deyil həm də hansı analar və nənələrin onlarla birgə gələcəyi barədə də düşünməlisiniz. Onlar sizə maraqlıdırlarmı və onlarla ünsiyyət sizə zövq verirmi kimi mövzularda düşünməlisiniz.

Qonaqların sayı yetəırindən çox olmamalıdır.

Əslində uşaq bayramını 2 uşaqla qeyd etmək mümükündür. Ancaq nzərə almaq lazımdır uşaqlar xəstələnə bilər və fors-major vəziyyətdə yeganə qonağını bayramınızda iştirak etməyə bilər. Buna görə daha məsləhətdir ki, 3-4 uşaq dəvət edəsiniz və yaxşı olar ki, bir həftə qabaq dəvət etmiş olasınız.

4T2A4563

Qəliz oyunlar və dekorasiyalar tətbiq etməyin. Qonaqlara kömək etmək barədə müraciət etməkdən çəkinməyin. Birlikdə bayram qeyd etmək həmişə passiv və tənqidi yanaşan insanların əhtasindən daha əyləncəli və maraqlı olur.

Bayram üçün ən yaxşı yer  — oyuncaqların və lüzumsuz əşyaların olmadığı geniş otaqdır. Belə olduğu halda uşaqların fikri yayınmayacaq və oyuncaqları onların arasında paylaşmaq məcburiyyətində qalmayacaqsınız. Belə bir otağın olmaması bayramdan imtina etməlisiniz demək deyil. Çalışın mümkün qədər çox sahə yaradın və imkan daxilində oyuncaqların sayını xüsusilə Sizin uşağınızın sevimli oyuncaqlarını sayını azaldın.

4T2A4657

Əgər imkan varsa uşaqlar üçün “ dincəlmə guşəsi” təşkil edin. Bəzi uşaqlar vaxt aşırı dincəlmək, sakitlikdə olmaq və nəfəs dərmərə ehtiyyac duya bilərlər. Bu guşədə analar kefsiz uşağı həvəsləndirə və davakarı sakitləşdirə bilərlər. Həmin yerdə oyuncaqların sayının mümkün qədər az olması və olarsa da təbii oyuncaqların olması məsləhətdir.

Heç kimin yatmaq və yemək vaxtı ilə üsü-üstə düşməyən vaxt seçin. Belə məqamları digər valideynlərlə razılaşdımanız daha məqsədə müvafiqdir. Mütləq tədbirin davam edəcəyi müddəti onalra bildirin. Belə bir şey ola bilər ki, müddət bitmiş olsa da uşaqlar oynmağa davam edə bilər. İstənilən halda tədbirin şən notlarla bitməsi yorulmuş və haldan düşmüş qonaqların narazı notları ilə bitirməkdən daha yaxşısıdır.

Müsiqi fonunu davamlı etməyin. Bir çoxları üçün bu yorucudur. Bəzi uşaq musiqilərini müvafiq məqamda qoymaq lazımdır.

Təamları sadə etməyə çalışın. Məslən, peçenye, kəsilmiş meyvələr və kompot kimi. Əgər valideynlərdən biri onları maraqlı fiqur şəklində servis etmək istəsə daha yaxşı alınar. Ancaq aparıcının bu mövzuya vaxt sərf etməsinə ehtiyyac yoxdur. Eyni mövzu fotoların çəkilməsinə də aiddir. Çalşın bu işi kiməsə tapşlrasınız.

7X9A7336

Uşaq ad gününün ssenarisi

Böyük uşaqlar üçün həmişə yeni və maraqlı oyunlar fikirləşmək lazım olduğu halda kiçiklərə isə vərdiş etdikləri və sevdikləri oyunları oynamaq daha maraqlı gəlir. Valideynlərə evdə məşq etmələri üçün tədbir zamanı oynanılacaq oyunlar barədə məlumat verin. Tədbirini aparıcılığını bir nəfər etməlidir. Bu uşaqların alışması və oyunlarda daha aktiv iştirakı üçün vacibdir. Ancaq nəzərə alın ki, texniki problemlərin yaranmaması və uşaqların istəklərini vaxtında qarşılanması üçün aparıcıya köməkçilər lazım ola bilər.

7X9A7845~1

Bizə elə gəlir ki, kiçik uşaqların ad günləri üçün vahid ssenari yaratmaq laızm deyil. Təcrübəsiz aparıcı üçün bu elastikliyi əldən vermək və zamanında reaksiya verməməklə nəticələnə bilər. Yaxşı olardı ki, bütün tapşırıqları vahid mövzu ətrafında toplayasınız. Məsələn, “qış əyləncəsi”  və ya “heyvanların qış macəraları” kimi adlar altında toplamaq mümkündür.

Tapşırıqların sayının çox olması vacib deyil və nəzərə alınmalıdır ki, aktiv və sakit oyunlar növbəli olmalıdır. Məsələn aşağıdakı siyahı ilə tanış ola bilərsiniz :

1. Əl-ələ dairəvi kolletiv oyunlar.
2. Teatrlaşdırılmış hərəkətlər.
3. Aktiv oyunlar.
4. Sakitləşdirici oyunlar.
5. Yaradıcı məşğələ.
6. Aktiv və şən məşğuliyyət.

7X9A7582

Uşaqları hər hansı aktivlikdə iştirak etməyə məcbur etməyin amma kənarda qalmalarına zəmin yaratmayın. Bəzilə gec qoşulacaq və bəlkə də kiməsə kənardan müşahidə etmək daha rahatdır. Nəzərə alın ki, tədbirdə hər kəs fərqli əylənə bilər və bütün uşaqlardan eyni davranışlar sərgiləmələrini gözləyə bilməzsiniz. Əgər uşaqlardan kimsə tapşırığı öz bildiyi cürə yerinə yetirmək istəyirsə sərbsət buraxın. Əsas odur ki, həminuşaq digərinə mane olmasın. Əgər oyun heç kimin xoşna gəlmirsə başqa birini təklif edin. Əgər uşaqlar öz oyunlarını oynayırlarsa onları dəstəkləyin.

4T2A5106

4T2A4926

4T2A0180

4T2A4969

4T2A4891

1366
1