Tematik bayramlarda korporativ hədiyyələr

Yadda qalmağın ən yaxşı üsulu – heyrətləndirməkdir, və gözlənilməzliyin təsirini uzatmaq üçün ən yaxşı üsul – yaddaşdan silinməsi mümkün olmayan və sizi xatırladacaq qeyri-adi, orijinal suvenir hədiyyə etməkdir. Onların hər biri hadisəyə uyğun olmalı və özündə, belə desək, təntənə ruhunu daşımalıdır… 

Amapola Exclusive Events şirkətinin mütəxəssisləri eksklüziv korporativ hədiyyələri sıfırdan hazırlayırlar. Konsepsiyanın işlənib hazırlanması özündə biznes tərəfdaşı üçün hədiyyəlik Yeni il səbətinin və ya doğum gününə direktora orijinal hədiyyənin yaradılmasını ehtiva edə bilər. Bizdə, demək olar ki, istənilən bayram üçün həmişə hədiyyələrin yaradıcı ideyalarını tapmaq olar.

Şirkətimiz birinci il deyil ki, korporativ hədiyyələrin yaradılması ilə uğurla məşğul olur. Biz başqalarının ideyalarını götürmürük, öz ideyalarımızı işləyib hazırlayırıq. Hədiyyələrin hazırlanması üçün biz təkcə dizaynerlərimizi və rəssamlarımızı deyil, həm də aşpazlardan və dekoratorlardan dəmirçilərə və dulusçulara qədər kənar mütəxəssisləri cəlb edirik.

Aşağıda sizi əl işlərimizin nümunələri ilə tanış etmək istəyirik:

8 Mart Beynəlxalq Qadınlar günü üçün keramik yapmadan güllərlə eksklüziv çay dəstləri bəzədilmişdir. Həmçinin, uzun müddət sahibinə bayramı xatırlatacaq keramik yaz gül kompozisiyaları yaradılmışdır. Bu hədiyyələrin eksklüziv çiçəkli yaz dizaynı bayrama xüsusi əhval-ruhiyyə bəxş edir.

 
 

Yeni İl bayramı üçün – orijinal və təkrarolunmaz bəzəkli yolka oyuncaqları yaradılmışdır. Şüşə üzərində yerli rəssamların naxış işləri.

Həmçinin, sizin diqqətinizə korporativ Yeni il hədiyyələrimizin toplusunu təklif edirik.

 
 
 
 
 
 

 

Qurban bayramına naxışlı taxta fiqurlar yaradılmışdır.

Hamılıqla qəbul edilmiş bayramlardan başqa, biz müxtəlif dövlət layihələrinə həsr olunmuş hədiyyələr də hazırlayırıq.

 
 
 
 

2028
1