Toya hazırlıq: gəlinlik seçimi

Toy hər bir qızın həyatında mühüm bir hadisədir. Hər kəsin arzusudur ki həmin gün ideal keçsin. Toy günün adamın yaddaşında gözəl bir hadisə kimi qalması üçün gəlin obrazı təkrarsız olmalıdır. Gəlinlik qızın bədəninə, hasiyyətinə, ümümi tərzinə uyğun olmalıdır.

 

13

“Şəhzadə” tərzi və ya A-siluet

svadebnoe-plate-v-style-princessa

Bu tərzdə olan gəlinliklər “A” hərfini xatırladır. Paltarın bel xətti yuxarıda olduğu üçün bədən siluetinin vurğulayır, aşağıya tərəf genişlənən ətək isə nöqsanları gizlədir. Ümumiyyətlə belə paltar  klassik gözəlliyi və yüngüllük hissi bağışlayır. Belə paltarları universal adlandırmaq olar, çünki onlar istənilən bədəndə çox gözəl görünürlər.

11888587_823973904376273_8846560704895781038_o

Balo üslubunda toy geyimi 

svadebnoe-plate-v-balnom-style

Bu tərz donlarda siz nağıllarda ki şəhzadələrə bənzəyəcəksiz. Tam bədənə oturan yuxarı hissəsi belin incəliyini ortaya çıxardacaq, ətəyin qalınlığı isə  lazımı, problemli hissələri gizlədəcək. Klassik üsluba daha çox həvəs göstərən xanımlar üçün əl verişli seçimdir. Amma qısa boylu xanımlara bu mödəl tövsiyə olunmur, çünki bədən incəliyini itirə bilər.

svadebnoe-plate-two-by-rosa-clara-ROSAL-830x1106

“Ampir” tərzi və ya Yunan paltarları

svadebnoe-plate-v-style-ampir

Bu tipli gəlinliklər adətən daha yüksək bel kəsimi, sinənin tam altından başlayan və axan düz ətək ilə seçilir. Belə donların silueti sərbəsy kəsimli olur və buna görə orta boylu xanımlara və ya hamilə olanlara daha çox yaraşırlar.

11879035_823974321042898_6543884647390316449_o

Düz gəlinlik (“Kılıf”, “Sütun”)

pryamoe-svadebnoe-plate

Bu tipli donlar bədənə tam  oturur və ancaq öz figurasına əmin olan qadınlar üçün məsləhət görülür. Həm də belə donlar hərəkət etmədə biraz narahatçılıq yarada bilər, ona görə toyunuzda dayanmadan rəqs etməyi düşünürsüzsə seçiminizi başqa don tipajından edin.

 

bc63532df4cd

“Su pərisi” tərzi

svadebnoe-plate-v-style-rusalka

Belə donlar bədənə tam oturur və ətəyin genişlənməsi ancaq dizdən aşağı başlayır. Bu tipli donlar daha çox boyu uzun və incə bədənli gəlinlərə yaraşır.

ILYSSE-B

Личный кабинет заказчика