Unudulmaz toy mərasimi hazırlamaq üçün nə etməli

Əgər siz artıq köhnəlmiş “Mafiya”, “Retro”, “Şəhzadə” mövzulu toy mərasimlərindən bezmisinizsə onda Amapola Exclusive Events şirkətin təqdim etdiyi məsləhətlərə fikir verin. Toy eləməyə hazırlaşan cütlüklərə modanın arxasınca qaçmağı tövsiyə etmirik. Ən yaxşısı nə istədiyinizi anlayın və özünüzə yaxın toy mövzusunu seçin.

4T2A9290 ¦¦¦-¦¬¦¬TП

Kiminsə nə elədiyinə baxıb eynisini eləməyə çalışmaq lazım deyil. Siz axı həmin o cütlüklərə bənzəmirsiz, siz unikalsınız və toyunuzda başqa toylara oxşamalı deyil.

Toy mərasimi cütlüyün individuallığını, istəklərini, həvəslərini, həyatda olan öncəliklərini, hisslərini və gələcək haqda olan arzularını əks etdirmləlidir.

4T2A9287 ¦¦¦-¦¬¦¬TП

Toyun mövzusu. Bu evlənənlərin ilk qərar verəcəkləri mövzu olmalıdır, çünki məhz burdan tədbirin qalan hissələri müəyyənləşdirilir. Amma bu qərarı necə verməli? Bir neçə suala cavab cerin: Harda tanış olmusunuz? Hobbiləriniz nədir? Ortak istəkləriniz nələrdir? İlk görüşünüz harda olub? Necə istirahət etməyi sevirsiniz? Ən sevdiyiniz fəsil hansıdır? Yeməklər? Onlar olmasa, yaşaya bilmərəm dediyiniz şeylər nələrdir? Sevdiyiniz sizə evlilik təklifini harda və necə etdi? Bir birinizə qoşduğunuz isimlər nələrdir? Ətrafiniza baxın. Adətən insanlar özlərini sevdiyi şeylərlə əhatə edirlər.

4T2A9266 ¦¦¦-¦¬¦¬TП

Sonunda sizin cütlük haqqında çox unikal bir fikir yaranacaq – öz dəyərləri və maraqları ilə. Əgər siz gündəlik həyatınızda dik dabanlı ayaqqabı geyinirsiz və son trendləri izləyirsiniz, bəlkə sizin toyunuzun mövzusu “Şik” olmalıdır? Ya da bəlkə siz bütün boş zamanınızı təbiətdə keçirirsiniz, velosiped sürürsünüz, dağları birlikdə fəth edirsiniz? O zaman siz toyunuzu meşəlikdə yerləşən çox gözəl bir evdə edə bilərsiniz.

4T2A9270 ¦¦¦-¦¬¦¬TП

Hansısa xüsusi bir mövzuya bağlı olan toy mərasimləri artıq populyarlıqlarını itiriblər, çünki onlar evlənənlərin individuallığını göstərmir. İstisnalar arasında fəsillərə bağlı olan və tədbirin keçiriləcəyi məkana görə tematik toy mərasimləridir.

4T2A9309 ¦¦¦-¦¬¦¬TП

 

4T2A9312 ¦¦¦-¦¬¦¬TП

Əsas məsləhətimiz odur ki: şablon ssenarilərə aldanmayın. Gözəl bir toy təşkil etmək çətindir, bəli, amma siz nə etmək istədiyinizi başa düşdüyünüzdə hər şey asanlaşacaq. Toyunuz sizi anlatmalıdıq, dəvətnamələrdən tutmuş torta qədər. Məhz o anda siz hiss edəcəksiz ki, bu sizin ən xoşbəxt günlərinizdən biri olub və şablon deyildi.

4T2A9318 ¦¦¦-¦¬¦¬TП

Личный кабинет заказчика