Xidmətlərimiz

Mədəni-kütləvi tədbirlər

“Amapola Exclusive Events” ölkəmizdə şəhər və dövlət səviyyəli irimiqyaslı tədbirlərin təşkilində və keçirilməsində uğurlu təcrübəyə malik nadir şirkətlərdən biridir. Belə miqyaslı hadisələr artıq çoxdandır ki, kütləvi xarakter daşıyır və insanları birləşdirməyə və ümumi vətənpərvərlik ruhunu yüksəltməyə imkan verir. Bu növ tədbirlərin təşkili çox böyük və mürəkkəb bir işdir. Bu işdə tədbirin hədəf və məqsədlərinin müəyyən edilməsindən sonra birinci yerdə həmişə dəqiq və strukturlaşdırılmış fəaliyyət planı olmalıdır. Üzərinə düşən məsuliyyətin böyüklüyünə baxmayaraq, “Amapola Exclusive Events” şirkəti qarşıya qoyulan məqsədləri peşəkarcasına həll edir, əla nəticələr nümayiş etdirir və tədbir iştirakçıları və qonaqlarının təriflərini qazanır.

Korporativ tədbirlər

Korporativ bayramlar kollektivdə müsbət ab-hava yaradan ən effektiv təsir mexanizmlərindən biridir. Korporativ tədbirlərin planlaşdırılması təşkilatın ümumi strategiyasının bir hissəsi olmalı və onun məqsədlərinə və kadr siyasətinə aid məsələlərə uyğun olmalıdır. “Amapola Exclusive Events” şirkətinin komandası korporativ tədbiri maraqlı və effektiv keçirmək üsulunu bilir. Bizə müraciət edin və biz kollektivinizin həyatından hər hansı bir hadisəyə həsr olunacaq maraqlı və möhtəşəm tədbirlərin keçirilməsi üçün müxtəlif ideya seçimlərini təklif edəcəyik.

Tədbir marketinqi

Ənənəvi reklam metodikaları öz təsir gücünü itirdikdə, bazarlarda isə yalnız eyni təkliflər olduqda, getdikcə daha çox istehsalçı brendin təşviqi üçün Event-tədbirlərin (tədbir marketinqi) köməyi ilə öz marketinq strategiyasının həyata keçirilməsi yoluna əl atır.

Lakin Еvent marketing-in daha faydalı olması üçün məqsəd və hədəflərin qoyulmasından tədbir kontentinin seçimi və onun işıqlandırılması üsullarına qədər bütün prosesi düzgün və ardıcıl şəkildə planlaşdırmaq lazımdır. Məhz burada Amapola Exclusive Events şirkətinin peşəkar komandası sizin köməyinizə gələcək. Bizimlə brendiniz daha çox tanınacaq, satış isə yüksələcək!

Təqdimatlar

Təqdimatların keçirilməsi çox yaxşı marketinq və reklam vasitəsidir, çünki belə tədbirlərin köməyi ilə siz öz məhsulunuzu təşviq etməklə yanaşı, həm də öz işinizi reklam edə bilərsiniz. “Amapola Exclusive Events” şirkəti sizə təqdimatların təşkili və keçirilməsində kömək edəcək.

Peşəkar komandamız tez və keyfiyyətli şəkildə təşkilat, məhsul və ya xidmət üzrə təqdimat layihələri hazırlayır. Biz istənilən təqdimatın effektiv, parlaq və baxımlı olmasını təmin edirik. Təşkil etdiyimiz təqdimatlar öz orijinallığı və əlbəttə ki, yüksək keyfiyyəti ilə seçilir.

İşgüzar görüşlər

İşgüzar görüşlərin keçirilməsi həm şirkət daxili məsələlərin həlli üçün, həm də digər təşkilatlarla tərəfdaşlıq münasibətlərinin qurulması üçün çox mühüm əhəmiyyətə malikdir. Bu gün sərt rəqabət şəraitində öz fəaliyyətində işgüzar tədbirlərin təşkilinə müəyyən bir yer ayıran şirkətlər üstünlük qazanır. “Amapola Exclusive Events” təşkilati məsələlərin həllini öz üzərinə götürəcək, müasir texnologiyaların köməyi ilə isə işgüzar tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Mətbuat konfransları

Mətbuat konfransı planlaşdırılmış və yaxud artıq baş vermiş vacib hadisələr haqqında məlumatı geniş auditoriyaya çatdırmağın ən effektiv yollarından biridir. Hədəf auditoriyası və xəbər mənbəyi arasında əlaqəni KİV nümayəndələri, yəni jurnalistlər yaradır.

Mətbuat konfransına hazırlıq peşəkarlar tərəfindən həyata keçirilməlidir, çünki məlumatın təqdim edilmə üsulu və tədbirdə kimin iştirak edəcəyi çox vacibdir. Xəbərin necə qarşılanacağı və onun ictimaiyyət üçün bir dəyərinin olub-olmayacağı bundan asılıdır. “Amapola Exclusive Events” sizə istənilən səviyyədə, mövzuda və formatda mətbuat-konfranslarının təşkili üzrə xidmətlər kompleksini təklif edir.

Sərgilər

İctimai həyatın müxtəlif sahələrinə aid nailiyyətlərin ictimaiyyətə təqdim edilməsini biz bir çox hallarda yalnız göstəriş üçün keçirilən və özündən sonra geriyə heç nə qoymayan sərgilərdə görürük. “Amapola Exclusive Events” belə hallara yol verməməyə və sərgini haqqında hələ uzun müddət və ancaq xoş təəssüratla danışılacaq irimiqyaslı tədbirə çevirməyə kömək edəcək.

Tərtibat

Mağazalar vitrinlərdən başlayır. Vitrinlər təsadüfi şəxslərin mağazaya daxil olmasına və nəticədə onların müştəriyə çevrilməsinə xidmət göstərməlidir.

Bütün tərtibat sənətində olduğu kimi vitrinlərin də dizaynında əsas məqam zövqdür. İkinci yerdə peşəkarlıq və mütləq şəkildə cəsarət və ideya gəlir. Bütün bu komponentlər birlikdə cəlbedici vitrinlərin əsasını təşkil edir. Bütün bunlar “Amapola Exclusive Events” şirkətinin mağaza vitrinlərinin dizaynı, dekoru və tərtib edilməsində tətbiq etdiyi fərqləndirici cəhətləridir.

Bayram

Bayramları hər kəs sevir. Bu, həyatımızın gündəlik ritmini pozmaq, onu gözəl anlar və yeni rənglərlə doldurmaq üçün əla imkandır. Bayram tədbirində ən mühüm məqam yaxşı əhval-ruhiyyənin yaradılmasıdır. Lakin bəzən bu heç də tədbir iştirakçılarından asılı olmur, çünki çox vaxt məhz təşkilatçılar əvvəlcədən düzgün ab-havanı yaradaraq şənliyin bütün qonaqlarına müsbət enerji ötürməsinə nail ola və hətta ən böyük skeptiki belə rahat və şən insana çevirə bilər. “Amapola Exclusive Events” şirkətinin təşkil etdiyi bayramlar hər zaman orijinal ssenarisi, canlandırıcı musiqisi, parlaq bədii tərtibatı və cəlbedici dekorasiyası, rahat səs və işıq və ən əsası əla əhval-ruhiyyə ilə seçilir.

Doğum günləri

Hamımız doğum gününün bütün digər bayram və xüsusi günlərdən vacib olduğunu bilirik. Çünki məhz uşaqlıq xatirələri hər birimizin həyatında ən şirin və ən xoş xatirələrdir. Amapola Exclusive Events” yaradıcılıqda sərhəd tanımır! Bizimlə birlikdə möcüzəyə “hə” deyin!

Böyüklər üçün “Amapola Exclusive Events” şirkətinin peşəkar kollektivi “səbəbkarın” xarakterinin bütün incəliklərini, maraq və istəklərini nəzərə alaraq bəzən onun ən gözlənilməz arzularını belə həyata keçirir.

Biz sizə yaşın yalnız dəyişən rəqəm olduğunu və ildən-ilə heç də qocalmadığımızı, sadəcə daha da müdrikləşərək yaşa dolduğumuzu sübut edəcəyik. Odur ki, gəlin birlikdə bunu gözəl, mehriban, dəbli və şən şəkildə edək!

Toy öncəsi və toy tədbirləri

Sevgililərin yeni parlaq, xoşbəxt həyata qədəm qoymasından öncə keçirilən füsunkar tədbirlərdir. “Amapola Exclusive Events” şirkəti nikahın zəriflik və sehrini saxlayaraq bu xüsusi günü valehedici, unudulmaz, şən və rəngarəng edəcək və eyni zamanda qonaqlara da möhtəşəm bayram əhvalı bəxş edəcək.

Azərbaycanın yüz illər boyunca formalaşan milli adət-ənənələrinə hörmətdən irəli gələn təmtəraqlı toy adəti indiyədək öz aktuallığını qoruyub saxlayır. Bu növ tədbirlərin keçirilməsi üçün “Amapola Exclusive Events” tərəfindən hazırlanmış inanılmaz konsepsiya və fərdi ssenarilər gəlinin və qonaqların yaddaşında ən xoş xatirələr qoyacaq.

Mütəşəkkil istirahət

“Amapola Exclusive Events” şirkət və fərdi şəxslərə öz qonaqlarının səfərinin təşkili üçün proqramların hazırlanması üzrə xidmətlər təklif edir. Proqrama aşağıdakı xidmətlər daxildir: mehmanxanada nömrə bronu; həm Bakıda, həm də Bakıdan kənarda restoran bronu; teatra, konsertə, sərgiyə, kinopremyeraya bilet sifarişi; şəhər daxili və Azərbaycanın istənilən rayonuna turun təşkili.

 

Fərdi müştəri hesabı