Pandemiya və bizim dayanıqlığımız

Beləliklə informasiya dolu avqustun başa çatmasına çox az qalıb.

Hazırki çətin böhran dövrü bizə  çox az adamın sənayemizi tanıdığını və ümumiyyətlə onu dünya bazarının  da ən vacib sahələrindən biri kimi qəbul etmədiyini açıq şəkildə göstərdi.

Bu ay ərzində  əvvəlki rubrikalarda  sizin üçün tədbir təşkili şirkətlərinin ətraflı təhlilini yayımladıq və sizə öz  ailəmiz haqqında  dolğun məlumat təqdim etdik.

Əgər siz şirkət sirrlərinin bütün vacib açıqlamalarını qaçırmsınızsa, deməli bura bir göz atmalısınız

https://amapola.az/kompaniya-vne-kompanii/

https://amapola.az/marketing-i-ego-znachenie-v-event-industrii/

https://amapola.az/istoriya-graficheskogo-dizajna-i-ego-znachenie-v-ivent-industrii/

https://amapola.az/osnovy-zakupa-i-logistiki-i-kak-oni-povyshajut-rezultat-i-kachestvo-proektov/

https://amapola.az/instrumenty-vvedeniya-peregovorov-s-zakazchikami-raznogo-napravleniya-bud-eto-gosudarstvennyj-proekt-ili-zhe-den-rozhdenie-malysha/

eyni ardıcıllıqla;)

Biz əminik ki, tamamilə fərqli bir dünya kəşf edə bildiniz və gündəlik işlərə yeni bir şəkildə baxmağa başladınız.

Avqust bizə görə (özünütəcridin sonuncu ayı olduğuna ümid edirik) daxili proseslərdə boşluqların aradan qaldırılması və yeniliklərin inkişafına təkan verilməsi üçün uğurlu bir ay oldu.

Əlbətdə , nəyisə  proqnozlaşdırmaq çox çətindir , ancaq rəqəmsal vasitələrin işimizin gedişatına nəqədər  səmərəli təsir etdiyinin və əvəzsiz olduğunun fərqindəyik və əminik ki, əbədi olaraq həyatımızda olacaqdır.

Normal fəaliyyət ritminə geri dönə biləcək biznes sahələri arasında sonuncular sırasındayıq.

Bu səbəbdən həm daxili proseslər, həm də müştərilərlə birbaşa əlaqə qurmaq, eləcə də komandamızın inkişafı və təhsili üçün yeni həllər üzərində qurulmuş onlayn alətlər hazırlamışıq.

Aktiv iş rejimində həyata keçirməyə vaxt tapmadığımız məqamları- çox sayda veb seminarları, mühazirələri, təlimləri, hər şeyi nəzərdən keçirdik.  Sizin üçün yeni layihə rəhbərliyi növləri hazırladıq və biliklərimizi inkişaf etdirdik.

Düzü, burada yalnız tədbirlərin təşkili deyil, həm də insanlarla ünsiyyətə də diqqət yetirdik, hansı ki bu bizdə çox yaxşı alınır.

Karantin zamanı yaxşı əhval-ruhiyyə üçün reseptimiz sadədir – səbr edin, ümid edin, inanın və hərəkət edin!  Özünə və bütün kollektivə inam  bizim üçün bütün həyatımızın İŞİ olub və olacaqdır!

Axı bizim üçün iş hər şeydən öndədir.  Biz, müştərilər və qonaqlar.  Müştərinin ən qeyri-adi fikri belə bizim üçün bir stimuldur!  Bu xarakter, ən tələbkar müştərilərimiz tərəfindən haqlı olaraq qiymətləndirilən bir xüsusi incəsənətdir.

Təvazökarlıqla hədəfimiz adlandırdığımız Qonaqlarımızın gözlərindəki sevinc və rahatlıqdır və daimi müştərilərimiz bunu əlbətdə ki, yüksək  peşəkarlıq kimi qəbul edirlər!

Xəbərlərimizə abunə olmaqdan çəkinməyin; bu günə qədər baş verən hadisələr və trendlər haqqında təzə və müvafiq məlumat alacaqsınız.

İdeyalarınızı həyata keçirmək üçün sizə çoxlu səbəblər arzulayırıq!

Yüksək əhvalınızın ünvanını bildiyinizə əminik!  ;)

907
1