Qüsursuz yubiley təşkil etmək üçün 8 məsləhət

Yubiley – səbəbkar üçün hər 5-10 ildən bir qeyd edilən mötəbər tarixdir. Bundan əlavə bu tarix dostlar və doğmaların bir masa arxasında toplanması üçün də bir səbəbdir. Belə bir tarixin qeyd edilməsi barədə qərar verdikdə, həm səbəbkar həm də qonaqlar üçün maraqlı və orijinal bayram kimi yadda qalması üçün ciddi təşkilatçılıq işləri görülməlidir.

Amapola Exclusive Events şirkətinin mütəxəssisləri öz təcrübələrinə əsaslanaraq tədbirin planlanması və təkil olunması üçün tövsiyyələr hazırlamışlar. Onları diqqətinizə təqdim edirik:

1.Birinci növbədə büdcənizi gözdən keçirin. Ümumi tematika, tədbirin təşkil olunduğu yer, qonaqların sayı kimi bir çox məqamların təşkili üçün bu vacibdir.

2.Tədbirin tematikasını müəyyən edin. Tematik tədbirlərə maraq ildən ilə artmaqdadır. Tematik tədbir həm səbəbkarın həm də qonaqların yaddaşında tədbiri uzun müddət saxlayacaq. Ssenarinin hazrıanması heç də çətin deyil : Italianı bəyənirsiniz? Elə isə nə üçün ənənəvi Italian məişəti tematikanız olmasın? Böyük Qezbi Sizin sevimli personajınızdır? Əla! O zaman tərtibatı 20-ci illərin Amerikasındakı kimi caz, tamtəraq, musiqi və rqslə dolu edə bilərsiniz.

3. Tematikanı müəyyən etdikdən sonra tədbirin keçiriləcəyi yeri müəyyən etmək lazımdır. Bu restoran, otelin banket zalı, katec və hətta büdcəniz və hava şəraiti imkan verirsə yaxta da ola bilər. Yerin seçimi zamanı qidanın keyfiyyəti və qonaqlar üçün nəqliyyatı da nəzərə almalısınız.

4. Dəvətnamələr barədə düşünmək lazımdır. Orijinal hazırlanmış açıqcalar tədbir barədə ilkin təsürat yarardır və gözəl bayram əhval ruhiyyəsi bağışlayır. Dəvətnamədə hara və nə vaxt gəlmək barədə məlumat təfsilatlı qeyd edilməlidir. Əgər tematik tədbirdən söhbət gedirsə dress-kod mütləq qeyd edilməlidir.

5.Tədbirin təşkilində vacib məqamlardan biri də maraqlı əyləncəli proqramn təşkil edilməsidir. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün professional DJ və aparıcının xidmətindən istifadə edərək tematikaya müvafiq musiqi tərtibatı qata bilərsiniz. Yeri gəlmişkən, barmen-şou, qum şousu və həvəsləndiri rəqs nömrələri qonaqların geniş rəğbətini qazanır.

 
 
 

6. Foto və video çəkilişlərlə bağlı əvvəlcədən hazırlıqlar görülməlidir. Qeyri-adi fotozonaların tərtibatını verə bilərsiniz. Parlaq xatirələri, yalnız yaddaşlarda saxlamaq lazım deyil, onları bir daha yaşamaq üçün lentə həkk etdirmək lazımdır.

 

7. Səbəbkarın tortuna xüsusi diqqət göstərmək lazımdır. Tortun tortun təkcə görünüşünün cəlbedici olması yetərli deyil. Tortun dadlı olmasına əmin olun.

8.Tədbirə effektli sonluq verin : Qonaqların iştirakı ilə gözəl nitq, hava fanarlarının buraxılması və hətta büdcəniz imkan verərsə atəşfəşanlıq da edə bilərsiniz.

Bu məqalədə yubiley tədbirinin təşkili üçün diqqət yetirilməli olan məqamlardan danışdıq. Biz Sizin üçün bütün təfsilatları öz üzərimizə götürməyə hazırıq. Bunun üçün sadəcə bir zəng məsafəsindəyik. Sizə idayalarınızın gerçəkləşdirmək üçün daha çox səbəb arzulayırıq.

1365
1