2017 Formula-1 Azərbaycan Gran Prisi – Əyləncə
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə Dənizkənarı bulvar müxtəlif şou və tamaşalarla ala-bula görünürdü. Bayram abu-havası və parlaq çıxışlara görə animator Spandy Andy, ağacayaqlılar Stilt Walkers, nağara ifaçılarına, milli və müasir rəqs ifaçılarına, “Sabun köpükləri” şousunun, Pantomimanın artistlərinə və Ukrayna sirkinin akrobatlarına öz minnətdarlığımızı bildiririk.