Yaqut toy: 40-cı evlilik ildönümü
Komandamız yenə xüsusi bir anın şahidi oldu. Bu dəfə biz çox gözəl bir cütlük üçün 40-ci evlilik ildönümünə həsr olunmuş tədbir hazırladıq. Bu tədbiri bizim üçün daha da xüsusi edən bir məqam var idi – biz bu cütlük üçün evliliklərin 35-ci il dönümününə həsr olunmuş tədbir hazırlamışdıq.
Evliliklərin 40-cı il dönümü adətən “yaqut toy” adlanır. Yaqut məhəbbət, atəş və əbədi yaşayan hisslərin daşı sayılır. Buna görə biz məkanı yaqut bağına çevirdik: hər şey yaqut rəngində divarlarda isə ailəvi şəkillər keçmiş gözəl anları xatırladırdı.