Böyüklərin ad günləri – bayram ssenariləri

Ad gününə həsr olunmuş bir qonaqlığın planlaşdırılması həmişə çox əyləncəlidir.

Eyni zamanda, böyüklər üçün ad gününün təşkili kifayət qədər zəhmətli bir prosesdir. Çünki həm qonaqlar, həm də şənliyin səbəbkarı – bütün böyüklər, hər birinin öz fərdi xüsusiyyəti olan formalaşmış şəxsiyyətlər – bu bayramda özlərini rahat hiss etməlidirlər.

Amapola Exclusive Events komandamızın mütəxəssisləri bayramınızın təşkilini öz üzərinə götürərək, onu “istifadəyə hazır” təhvil verəcəklər, bu isə o deməkdir ki, dəvətnamədən başlayaraq xatirə hədiyyələrinə qədər bütün mərhələləri işləyib hazırlayacaqlar.

Şirkətin böyüklər üçün çox maraqlı ad günü və ildönümü ssenariləri vardır, onlardan bəzilərini sizinlə bölüşürük:

Bütün iştirak edənlərin dünya ətrafında bayram səyahətinə getməsi təklif edildiyi ad günü ssenarisi səyahət etmək və dünyanın gözəlliklərini dərk edərək və müxtəlif ölkələrin mədəniyyəti və həyatı ilə tanış olaraq inanılmaz çoşqunluq hiss etmək həvəskarı olan bəy səbəbkarımızın ürəyincə oldu.

“Bürc” mövzusundakı ad günü ssenarisi astrologiya ilə maraqlanan, şüuru bütün naməlum şeylərə qarşı çevik və həssas olan, bürclərin bütün xüsusiyyətlərini və səciyyələrini və onların arasındakı qarşılıqlı əlaqələri dəqiq bilən xanım səbəbkarımıza mükəmməl şəkildə uyğun gəldi.

Azadlıq, təmizlik, işıq və etibarın rəmzi olan “White Party” ad günü mövzusu xanım səbəbkarımızı ən yaxşı şəkildə səciyyələndirdi. Onun təbiətinin keyfiyyətlərini vurğulamaq üçün, o gün hər şey onun sevimli ağ rənginə boyandı.

“İdman Ustası” üslubunda ad günü xüsusi olaraq yüksək nəticələr əldə etmiş və bütün idmançılar kimi məqsədyönlü və iradəli xasiyyətə malik, özünə qarşı son dərəcə tələbkar, nizam–intizamı hər zaman birinci yerə qoyan qılıncoynatma üzrə idman ustası olan bəy səbəbkarımız üçün seçilmişdir.

“Kino həvəskarı” ad gününün ssenarisi kino və foto həvəskarı, yaradıcı insan, hər bir kadrın və həyatın anının təkrarsızlığını qiymətləndirən bəy səbəbkarımız üçün seçilmişdir.

“Venesiya bal-maskaradı” ad günü mövzusu özündə Venesiya balının əsrarəngizliyini və rənglərinin bütün əlvanlığını cəmləşdirən sirli, aristokratik və zərif xanım səbəbkarımız tərəfindən seçilmişdir.

“Azərbaycanlılar İtaliyada” mövzusu bəy səbəbkarımızın ətraf aləm üçün hər zaman özünəməxsus maqnit olan İtaliyaya, onun rəngarəngliyinə, mədəniyyətinə və görünüşləri və emosionallıqları ilə bizə çox oxşayan insanlarına qarşı sevgisini nəzərə alaraq onun üçün xüsusi olaraq seçilmişdi.

“Lalə cənnəti” üslubunda ad günü bu gözəl güllər kimi parlaq və qeyri-adi görünüşə malik olan xanım səbəbkarımızın ürəyincə oldu. Həm də ad günü bu incə və kövrək güllərin çiçəklənməsi vaxtı ilə üst-üstə düşmüşdü.

Bir sözlə, Amapola Exclusive Events mütəxəssislərinə müraciət edərək, siz eyni zamanda iki əsas məsələni həll edirsiniz: həm bayramın keçirilmə yerini, həm də böyük üçün ad günü ssenarisini peşəkarcasına və işini bilərək hazırlayacaq insanları tapırsınız.

Axı düzgün seçilmiş, rahat və dəbli yer, maraqlı və zəngin proqram ilə birlikdə nəticədə uğrunda hər şeyin təşkil edildiyi o ideal bayrama nail olmağa imkan verə bilərlər.

 

1610
2