Park Cinema Flame Towers kinoteatrında “1917” filminin premyerasının keçirilməsi

Yanvarın 29  Bakıda Park Cinema Flame Towers kinoteatrında məşhur “1917” filminin premyerası keçirildi. Birinci Dünya Müharibəsinin mənzərəsini tam şəkildə canlandıran və xəndəklərdə hökm sürən əhval-ruhiyyəni çatdıran dekorasiyaları bizim komandamız yaradıb. Qazıntıların nəm torpaq qoxusu, hərbi geyimli əsgərlər, qalay qablardakı ordu yeməkləri, evlərin və çəpərlərin partladılmış divarları elə təsurat yaradırdı ki, haradasa yaxınıqdan silah və ya hətta hərbi təyyarə səsi gələcək…