Kasko Butik təqdimatı

Noyabrın 15-də Bakı kinoteatrlarından birində Amapola Exclusive Events-in təşkilati dəstəyi ilə Kasko Butik elektron sığorta platformasının təqdimatı keçirildi. Dizaynerlərimizin bir qrupu tərəfindən yaradılan kinoteatrın foyesindəki mənzərə avtomobil mövzularına tam uyğundur. Yol və onun xəbərdarlıq nişanları, girişdəki həqiqi işıqfor və ən əsası – həqiqi sürücü lisenziyası şəklində dəvətnamələr – bütün dekorasiyalar sizi əsl sürücü kimi hiss etməyiniz üçün yaradılmışdır!