2017 Formula-1 Azərbaycan Gran Prisi – Mədəniyyət zonaları

Ölkəmizin ənənələri və çoxəsrlik tarixi Bakıda Formula 1 Azərbaycan Qran Prisinin keçirildiyi günlərdə Amapola Exclusive Events komandası tərəfindən Dənizkənarı bulvarda təşkil olunan “Azərbaycanın mədəniyyəti” sərgi zonalarında layiqincə təmsil olunub. Azərbaycanın müxtəlif guşələrindən 30-dan çox sənətkar xalçaların, sikkələrin, keramikanın, şəbəkənin, araqçının, şüşə üzərində naxışların, kəlağayının hazırlanması, tikmə, ağac üzərində oyma və qurama sənətini nümayiş etdirmək üçün paytaxta yığışdı. Bu zonalar xüsusilə xaricilərdə böyük maraq oyandırdı, onlar sənətkarların işlərinə baxmaqla yanaşı, milli suvenirlərin və hədiyyələrin hazırlanmasında maraqla iştirak edirdi.