Evliliyin 35-ci ildönümü
Bu ildönümünün rəmzi sülhü, əmin-amanlığı və ev rahatlığını ifadə edən kətan süfrədir. Restoranın interyerinin hazırlanması zamanı ağappaq parçalar və çoxlu güllərin istifadə olunmasına xüsusi diqqət yetirilmişdi, vintaj çərçivədə olan ailəvi şəkillər isə ildönümünü qeyd edənlərə birgə yaşadıqları həyatın xoşbəxt anlarını xatırladırdı.