Mərkəzi Bank yeni əskinasların və xatirə sikkələrinin təqdimatı

Mayın 26-da Azərbaycan Respublikasının Mərkəzi Bankı Amapola Exclusive Events tərəfindən təşkil olunan bağlı tədbirdə 200 manat nominalı dəyərində yeni əskinazların təqdimatını etdi. Həmçinin, Heydər Əliyevin 95 illiyi və ADR-in 100 illik yubileyinə həsr olunmuş xatirə sikkələri təqdim olundu.

Amapola Exclusive Events bu tədbir üçün futuristik tərzdə vitrinlər və milli əskinasların semantik elementlərini özündə birləşdirən podyum stendi hazırladı: 1 manat – ölkənin müasir mədəniyyəti, 5 manat – ədəbiyyat, 10 manat – ənənələr, 20 manat – xarici siyasət, 50 manat – təhsil və dövlətin gələcəyi, 100 manat isə Azərbaycanın inkişafını bildirir.