“Soyuq Əllər, İsti Ürək” Yeni il Yarmarkası 2018-2019
1 dekabr 2018-ci ildə Amapola Exclusive Events şirkətinin təşkilatı dəstəyi ilə ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açlışı olmuşdur. Bu ilki konsepsiya öncəkilərdən tamamilə fərqlənirdi. Yarmarkanın bəzədilməsi təbii materialların istifadəsi ilə skandinaviya stilində və müasir ruhda həyata keçirilmişdir. Yarmarka iştirakçılarına yeni il dekoru, müxtəlif hədiyyə növləri, geyimlər, əl işi olan zinət əşyaları, oyuncaqlar, qidalar və s. təklif edəcək 47 ticarət köşkü inşa edilmişdir. Hər tərəfdə müasir estrada motivləri il zəngin şən yeni il mahnıları səsələnirdi.