Formula 1 2018 Azərbaycan Qran Prisi
Formula 1 2018 – yeni hisslər
Bakıda ki Formula 1 yarışları dünyada ən maraqlılardan biri sayılır. Burada tamaşaçıları ekstimal yarış gözləyir. Maşınların Bakının düz mərkəzində yarışması isə rəqabətə daha çox həyacan qatır. Fanatlar həmişə Azərbaycan Gran Prisini başlamasını səbirsizliklə gözləyillər. 2018-ci il yarışları istisna olmadı.
Amapola Exclusive Events qrupu yarış iştirakçıları üçün bu il “Mədəniyyət Azərbaycan” adlı maraqlı və əyləncəli sərgi zonaları, ailə və uşaqlar üçün istirahət zonaları, incəsənət divarı və chill-out zonaları hazırlamışdır. Turistlər yerli qonaqlar ilə yanaşı Azərbaycanın ənənələri ilə tanış ola bildilər. Bizim sənətkarlar hər kəlağayı, ağac oyma, səbətin yaradılmasını öyrətdilər. İncəsənət divarları ən çox marağa səbəb olmuşdur, çün ki onları tamamlamaq qonaqların payına düşmüşdü.
Əyləncəli şoulardan stilt walkerlar, mimlar və canlı orkestr var idi. Bayram atmosferi Formula 1 yarışı bitənə kimi ərazini tərk etmədi.