Formula 1 2019 Azərbaycan Qran Prisi

Bakıda Formula 1 – ən maraqlı idman yarışlarından biri hesab olunur. Artıq uzun illərdir ki, Formula 1 azarkeşləri Azərbaycan Qran Prisini görmək və əylənmək üçün dünyanın hər yerindən Bakı şəhərinə axın edir.

Ənənəvi olaraq 2019-cu ildə komandamız bu möhtəşəm beynəlxalq tədbirin təşkilatçıların arasında idi.  Bulvarı ərazisində təravətli istirahət zonaları, turistləri ölkəmizin mədəni irsi ilə tanış edən mədəniyyət  gülşələri, milli üslubda hazırlanan Paddock-un dekorasiyası, hər cür əyləncə və ustad dərsləri təşkil edildi.