Formula 1 Avropa Qran Prisi Bakıda -2016
2016-cı ilin iyun ayı Bakı üçün əlamətdar bir vaxt idi – Formula 1 Avropa Qran Prisinin keçirildiyi zamandır. Amapola Exclusive Events, həmçinin, bu möhtəşəm tədbirin təşkilatına öz töhfəsini verib. Bulvar ərazisində Azərbaycanın Mədəniyyət zonaları yerləşdirilib, burada ziyarətçilər Azərbaycanın xalq sənətkarlığının sirləri – xalçaçılıq, bədii şüşə, qurama tikmə, keramika, şəbəkə, pərçimləmə, ağac üzərində oyma, miniatür milli musiqi alətlərinin, araqçın və çarığın hazırlanması, naxış, kəlağayı nəqqaşlığı ilə tanış ola, həmçinin, ənənəvi şirniyyatlardan və Azərbaycan çayından dada bilərlər. Ağacayaqlılar Stilt Walkers, Spandy Andy animatoru, nağara ifaçıları və milli rəqs ansamblının rəqqasları səhnədə çıxış edərək qonaqları əyləndirirdi.