74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanışına həsr olunmuş qala şam yeməyi

“Gülüstan” dövlət konfrans mərkəzində Beynəlxalq Astronavtika Konqresinin qonaqları üçün təşkil olunmuş qala şam yeməyi milli mədəniyyətin özünəməxsus ab-havasına qərq olunmuşdur.

Azərbaycanın milli mədəniyyətinin ənənəvi atributları tədbirin qonaqları üçün yaradılmış guşələrin dizaynının tərkib hissəsinə çevrildi.

Hər bir zonanın bəzədilməsində Azərbaycan xalqının parlaq zəkalarının elmi nailiyyətləri və yaradıcılığı öz əksini tapmış, dulusçuluğun, keramika məmulatlarının bədii rəngkarlığının və dekorativ-tətbiqi sənətin ən qədim növlərindən biri olan xalçaçılığın incəlikləri nümayiş etdirilmişdir.