Chopard-dan Red Carpet kolleksiyasının təqdimatı
Chopard məşhur zərgərlik evinin Red Carpet kolleksiyasının təqdimatında Amapola Еxclusive Events şirkəti Kann festivalının möhtəşəm mühitini canlandırdı. Palma budağı şəklində təbii yasəmən rəngli səhləblərdən hazırlanan stend diqqəti xüsusilə cəlb edirdi. Chopard zərgərlik evinin baş direktoru Karolina Şoyfelenin gəlişi münasibətilə sənətkarlarımız xanım Şoyfelenin üz cizgiləri olan unikal çini kukla hazırlayıb.