“Şərqin Qapısı”

Amapola Exclusive Events şirkəti “Masa Oyunları Azərbaycanın Gözü ilə” adlı böyük və uzunmüddətli bir layihəyə başladı. Bu layihə çərçivəsində ölkəmizin mədəniyyəti, qədim tarixi və ənənələri prizmasından masaüstü oyunlar yaradılacaq.
Bu layihənin ilk meyvəsi “Şərqin qapısı” adlanan masaüstü oyundur. Oyunun dizaynı və elementləri tamamilə sənətkarlarımız tərəfindən hazırlanmış və məhdud miqdarda istehsal edilmişdir.
Layihənin əsas məqsədi interaktiv oyuna tarixi nüansları gətirərək, unudulmuş ənənələri xatırlatmaq, mədəniyyətimizi tanıtmaq və inkişaf etdirməkdir.
Dostlarınızla xoş vaxt keçirmək, ölkəmizin mədəniyyəti və tarixi haqqında yeni biliklər əldə etmək üçün bizimlə əlaqə qurmaqdan çəkinməyin!
Əsas məqam isə bütün oyunun öz dilimizdə yaradılmasıdır!
Xoş və maraqlı oyun arzu edirik!