55 il Dünya ətrafında

Səbəbkarın səyahətlərə olan sevgisini bildiyimizə görə onun doğum gününü “55 il Dünya ətrafında” mövzusuna həsr elədik. Bu bayram axşamı hər şey səyahətdən bəhs edirdi: dəvətnamələr, zalın bəzədilməsi, hədiyyələr, masa tərtibatı. Ziyafət salonunun ortasında hava balonu quraşdırılmışdı, qonaqları masada kiçik hədiyyələr gözləyirdi. Professional rəqqaslar tərəfindən Braziliya və Hindistan rəqsləri qonaqları ağırladı və yubilyar peşəkar aşbaz ilə yanaşı hind mətbəxi haqqında master-klass göstərdi.