Birinci Kulinariya Festivalı Şuşada

Şuşada keçirilən Birinci Kulinariya Festivalında müxtəlif ölkələrin aşpazlarının hazırladığı təamlar təqdim olunub. Ənənəvi tərtibatlı pavilyonda hər bir ölkə öz milli mətbəxini, eləcə də məşhur personajların iştirakı ilə maraqlı tamaşaları nümayiş etdirib. Festivalın zəngin mədəni-əyləncə proqramı isə bütün ziyarətçilərdə silinməz təəssürat yaratdı.
Möhtəşəm kulinariya və mədəniyyət bayramı ən parlaq rənglərlə qonaqların yaddaşında uzun müddət qalacaq!