Ağdam şəhərində açıq səma altında Zəfər və İşğal Muzey Kompleksinin təməlqoyma mərasimi

Ötən il ölkəmizin və xalqımızın tarixində böyük bir il olmuşdur. Fəxrlə deyə bilərik ki, bizim şirkət azad edilmiş torpaqlarda layihə təşkilində iştirak etmişdir. 28 may 2021-ci ildə Ağdam şəhərində açıq səma altında Zəfər və İşğal Muzey Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Biz ölkəmiz üçün vacib olan bu işə öz töhfəmizi verməkdən böyük şərəf və qürur duyuruq.