Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası
“Amapola Exclusive Events” daha bir uğurlu layihəni elan etməkdən qürur duyur! Komandamız 3-6 iyul tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasına təşkilati dəstək göstərmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən və “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı mübarizədə vahid və sarsılmaz” mövzusuna həsr olunmuş görüş dünyanın müxtəlif ölkələrindən aparıcı siyasi xadimləri və nümayəndələri bir araya toplayıb.