Nizaminin “Xəmsə”sinin motivləri əsasinda kukla teatri

Expo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində balaca tamaşaçılarımızı böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri əsasında təşkil olunan kukla tamaşası ilə sevindirdik. Sərginin təqdimatı ərzində uşaqlara “Xəmsə”nin 5 poemasından ibarət əsas səhnələr göstərildi. Poemaların kukla-personajları ekslüziv olaraq bu layihə üçün yaradılmışdır. Sərgidə həmçinin kuklaçı rolunu oynayan uzunayaqçılar da iştirak etdilər.