Cənub Qaz Dəhlizinin açılış mərasimi

29 may Azərbaycan Respublikasının tarixində mühüm gün idi.  Azərbaycan qazının Avropaya tədarükü üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (CQD) rəsmi açılışı olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ-ın Dövlət Katibinin köməkçisinin müavini Sandra Oudkirk, Böyük Britaniya və Şimali İrlandiyanın Baş nazirinin müavini Baronessa Emma Nikolson, OPEK-in baş katibi Məhəmməd Barkindo, Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin iştirak ediblər. Bu möhtəşən tədbir Kütləvi İnformasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır

Tədbirin təşkilini və keçirilməsini  Amapola Exclusive Events şirkəti etdi

Bakı şəhərində yerləşən Səngəçal terminalını Cənub Qaz Dəhlizinin açılış mərasiminə hazırlamaq üçün bizim komandanın tam 7 günü var idi. Cəmi bir həftəyə komandamız pankartları hazırladı və istehsal etdi, binaların dekorasiyasını etdi, floristik bəzədilməni etdi və s.

Bizim üçün vaxt bir əngəl deyil, həmişə ləyaqətlə cavab verməyə çalışdığımız bir çağırışdır. Biz özümüzlə rəqabət apararaq böyüyürük.