Call of Duty tematikasında ad günü

“Mən döyüşçülər üslubunda bir doğum günü istəyirəm” – bizə gələn kiçik müştəri Hüseynin arzusu bu idi. O kompüter “Call of Duty” oyununun və ən populyar rəqs istiqaməti olan Hip-Hopun bir pərəstişkarı idi. Bununla əlaqədar olaraq, Amapola Exclusive Events zövqlə ziyafət salonunun bəzədilməsi, bayram masası və konfet barının hazırlanmasını və bayram ssenarisinin yaradılmasına dair işlərin hazırlanmasını təşkil etməyə başladı.