Bizim Layihələr

7 aprel 2016-cı il tarixində Safi moda evinin açılış mərasimi təşkil olunub. Аmapola Exclusive Events şirkətinin dizaynerləri tədbirin keçirildiyi məkanı vintaj tikiş emalatxanasına çevirmişdir. Burada interyerin hər bir detalı Safi moda evinin zərifliyini və zövqünü əks etdirirdi. Mərasimin çoxsaylı qonaqları Safi moda evinin stilistləri və modelyerlərinin təqdim etdiyi dəbli geyim kolleksiyasının nümayişi və Dj Mənsurun seçdiyi musiqilərlə bayram mühitindən zövq aldılar.

 

Личный кабинет заказчика