“Biz birlikdə güclüyük!” və “Mümkün olmayan şey yoxdur!” Amapola Exclusive events 7 yaş

Biz kimik və bizi nə idarə edir?

Bu gün özümüz haqqında danışacağıq!

Amapola Exclusive Events şirkəti peşəkar mütəxəssislərdən ibarət güclü bir komandadır.

Əsas dəyərimiz davamlı inkişaf üçün çalışan və yalnız nəticələrə yönəlmiş işçilərimizdir.

Hər birimizin şirkətin inkişafına böyük töhfə vermək bacarığına inanırıq və bu, bazarda rəqabətə davam gətirməyimizə şərait yaradan ən vacib əsaslardan biridir.

Düzünü desək, biz çox çalışdıq və uğurlu olmaq üçün çox şey öyrəndik.  Şirkətimizin mövcud olduğu illər ərzində biz bir-birindən asılı elementləri olan bu şirkətin güclü bir mühərriyinə çevrilmişik.

Biz sanki hər bir detalı fasiləsiz və dəqiq işləyən bir saata bənzəyirik.

Sadəcə siz bu prosesləri görmürsünüz.

Lakin biz bu “mexanizm”ə dərin nəzər salsaq, onda qarşınızda qəlbimizin bütöv mənzərəsi açılacaq.

Şirkətimizin əsas enerji mənbəyi yorulmadan çalışan bizim Şefimizdir.

Onun ardınca təkanverici bir qüvvə də Tədbirlərin təşkili şöbəsidir ki, o da öz növbəsində rəhbərliyin enerji mənbəyini digərlərinə ötürür.

Tətikləyici mexanizm, Art, PR və Satınalma şöbələrimizdir.

Onlar balansı tənzimləyir və keyfiyyətli işləri ilə müştərilərimizi sevindirirlər.

Sizdə yəqin ki, belə bir sual yaranacaq. Görəsən bu gözəgörünməz enerji mənbəyi hardandır və onu idarə edən qüvvə hansı qüvvədir?

“Biz birlikdə güclüyük!”  və “Mümkün olmayan şey yoxdur!”

Məhz bu iki şüar qəlbimizdə yaşayır və bizə heyrətamiz möcüzəvi güc verir.  Bu, rəhbər fikirlərimizi ifadə edən bir müraciətdir.

Hamımıza yaxşı tanış olan “Yeddi nar budağı” folklor əsərini xatırlatmaq yerinə düşərdi. Bu əsərdə bütöv bir dəstəni qırmağın çətin olduğunu, amma ayrılıqda isə asanlıqla qırıldığının təsviri verilmişdir.

Ətrafınıza nəzər salın, siz utandığından kollektivə kömək üçün müraciət etməyən insanlara rast gələ bilərsiniz.

İnsanlara elə gəlir ki, onlar kömək üçün müraciət etsələr zəif görsənəcəklər. Ancaq bizim şirkətimiz üçün bu yanlış yanaşmadır.

Əvvəla, insanlar yaradılışdan həmişə bir-birlərinə ehtiyac duyurlar.

Daha sonra deyə bilərik ki, biz ayrılıqda deyil, birlikdə çox şeyə nail ola bilərik.

“Biz birlikdə güclüyük” boş bir şüar deyil, həyatda irəliləmək üçün əsas prinsipdir!

Bu, həmişə və hər şeydə birlikdə olmaq, dəstək hiss etmək, yüksəlmək və güclənmək üçün inanılmaz bir qabiliyyətdir.

Biz öz təcrübəmizi bir-birimizlə ötürməklə zənginləşdiririk və bununla da dünyanın müxtəlif baxışlarını, maraqlarını və fikirlərini öyrənirik.  Hər gün ilham veririk və ilham alırıq.  Biz komanda ilə işləməyi sevirik və bacarırıq. Həmkarlarımıza kömək ümün müraciətdən çəkinmirik və eyni zamanda özümüz də olunan müraciətlərə böyük məmnuniyyətlə cavab  veririk.

Bilirsiniz, bunun böyük bir üstünlüyü var! Yaxşı əməllər nəticəsində xeyirxahlıq artır və birlikdə daha mükəmməl bir dünya qururuq.

Şüarımızda birləşdirilmiş bütün bunlar, şübhəsiz ki, işdə inanılmaz nəticələr əldə etməyə kömək edir.

Bu bizim “mümkün olmayan bir şey yoxdur” dediyimiz ikinci şüarımızı hər gün bir daha bizə təsdiqləyir.

Biz realistik – qarşımıza mümkünsüz işlərin həllini qoyuruq.

Axı biz bunu yalnız düşüncələrdə deyil, həm də zamanla dünyamızda hər şeyin gerçək olduğunu təsdiqlədiyimizi açıqca bilirik!  Əks halda biz uzun müddət ərzində olsa belə mümkünsüz işin öhtəsindən gəlirik.

Bunun üçün nə lazımdır?

Birlik, cəsarət, inam və dünyanı dəyişmək arzusu!

Sonda Oskar Uayldın sözlərini sitat gətirmək yerinə düşərdi – “əgər nə isə etmək istəyirsinizsə onda mümkünsüz sayılan işləri edin”.

1113
1