Amapola Exclusive Events qadınların hekayələri

Amapola Exclusive Events şirkətinin qadınları kompaniya və planları haqqında danışdılar.

Dinara Gözəlova, Tədbirlərin təşkili şöbəsinin direktoru:

— Mənim işim  — çətin və məsuliyyətlidir. Bəzi tədbirlərin planlaşdırlması bir neçə ay çəkir və istirahət genlərimizi massa arxasında keçiririk. Həmin periodda ailə üzvləri ilə şam yeməyi, velosipedlə istirahət və bir sıra digər ailəvi mövzular diqqət mərkəzindən kənarda qalır. Bu elə bir perioddur ki, sizin dostlarınız bayram istirahəti edərkən siz maliyyə şöbəsi ilə birlikdə tədbirin büdcəsini planlaşdırmaq məşğul olursunuz. Cümə günü işdən sonra dostlarınız istirahət üçün toplaşdığı vaxtda siz art menecerlə sabahkı tədbirini qonaq siyahısnı müzakirə edirsiniz.

Ən maraqlısı isə 31 dekabrda baş verir! Olivye salatından sonra divanda istirahət etmək vaxtı gələndə isə biz bütün komandamızla Şaxta Baba kostyumuna bürnürük və Qar qız üçün repertuar hazırlamağa başlayırıq. Ancaq yorğunluq və kiçik məğlubiyyətlərin gətirdiyi məyusluq komanda işinin nəticəsi olaraq tərif və məmnuniyyətləri eşidən sıfıra enir. Əməyə yüksək qiymətin verilməsi sənin zəhmətinin əbəs olmadığını göstərir və növbəti layihə üçün sənə stimul verir.

Alla Mitlinova, bədii rəhbər:

— İdeya yarandısa, konsepsiya müəyyənləşdirsə artıq ölçü işlərinə başlamaq lazımdır. Bu periodda hər şey təfsilatına qədər nəzərə alınmalıdır. Tədbir zamanı insanların xəsarət almaması və eyni zamanda hər şeyi estetik cəhətdən gözəl və stilistikaya müvafiq olmasını təmin etmək lazımdır.

Evdə isə qızım həndəsə və teoremləri həll etməkdə kömək etməyim üçün məni gözləyir. Bu qədər hesbalamadan sonra orta məktəb şagirdi səviyyəsində ediləcək həndəsi hesablama inanılmaz dərəcədə qəliz görsənir, güc qalmayıb. Ancaq yeni gün, yeni ideyalar insana dəlicəsinə enerji verir. Sifarişçilərin məmnun rəyləri isə yeni-yeni yaradıcı fəaliyyətə ruhlandırır.

Günel Əmiraslanova, HR-menecer:

—Mənim fəaliyyət sahəm insan resursları sahəsidir. Mən insanları seçərkən yalnız profesional xüsusiyyətlərinə görə yox həm də yaradıcı düşüncə, xarakterinin komandaya uyğunluğunu da nəzər almalıyam. Biz ailəmizə birinci növbədə çətin vəziyyətə etimad edə biləcəyimiz dost, yoldaş, kolleqa qəbul edirik. Mənim uğurum – müxtəlif xarakterli, temperamentli, müxtəlif tələbləri və kaprizləri olan insanlar üçün münbit və ailə atmosfrerinin yaradılmasıdır. Anlayış göstərmək, qəbul etmək və ümumi iş üçün düzgün istiqmətə yönləndirmək mənim vəzifəmdir. İnsan resusrslarının əhəmiyyətini dərk etməyən heç bir şirkət irəliləyə bilmədiyindən mən HR menecer olaraq əməkdaşların iş qrafiki tənzimləyir, onları müsbət dalğaya kökləyir, onların dostu və çətin anlarında yoldaşı olmağa çalışıram.

Heyranə İsmayılovaofis-menecer:

— Event şirkətində ofis menecer olmaqla bankda ofis menecer olmaq arasında xüsusi bir fərq yoxdur. Çünki hər ikisində əməkdaşların eyni tarixə müxtəlif sayda və təxirsalınmaz sorğularının ən sürətli şəkildə icra edilməsi tələb olunur. Mənim xarakterimə və səriştəmə bələd olduqları üçün əmindirlər ki, mən onların sorğularını həll etməyə qadirəm.  Ümumiyyətlə isə ofis menecer olmadan ofis ola bilərmi?

Natavan Sadıxova, brend menecer:

— Deyirlər ki, qadın işlədikdə çiçək açır və təravət saçır. Əgər işinizə sevgi ilə yanaşırsınısa o zaman bütün ailə vəziyyətiniz və öhdəliklərinizdən asılı olmayaraq sizinlə birlikdə şirkətiniz də çiçəklənir və gözəl təravət bəxt edir.

Bizim layihələrdə hər birimizin tövhəsi var. Belə istedadlı yoldaşlarla işləmək və dostluq etmək çox dəyərlidir. Mənim işim bizim brendin inkişafı və irəliləyişi üzərinədir. Mən daima öz üzərimdə işləyərək öz bilik və bacarıqlarımı artırmağa çalışıram. Bu yalnız mənim inkişafım deyil həm də çalışdığım şirkətin inkişafı deməkdir.

Leyla Abdullayevaadministrativ menecer:

— Əminliklə deyə bilərəm ki, xanımlar üçün deyilən ailə və karyeranın birlikdə həyata keçirə bilməməsi barədə fikirlər sadəcə mifdən ibarətdir.

İşdə mən müxtəlif və çətin logistika marşrutlarını requlyasiya edən, dokorasiyanın qurulmasını və montajını həyata keçirən sərt nəzarətçi kimi bir sıra işləri həyata keçirirəm. Kollektivdə mən üsyançı ideyaları irəli sürən və daxili tədbirlərin təşşəbbüskarı sayılıram. Evdə isə mən evimin xcanımı və 3 oğul anasıyam. Bilirsinizmi, bir xanım üçün həm evdə, həm də işdə əhəmiyyətli şəxs olmaq çox böyük xoşbəxtlikdir.

Aysel İsgəndərli, ədəbi-bədii hissənin təşkili üzrə menecer:

— Amapola Exclusive Events şirkətində fəaliyyətə başlamamışdan öncə mən özüm tədbirlərin tşkili sahəsində fərdi olaraq məşğul olurdum. İndi isə komandanın tərkib hissəsiyəm və hər yeni layihəni bizim üçün yeni bir uşağa həyat verməyimiz kimi qəbul edirəm. Mənə ruh halı ilə yaxın olan insanların çərçivəsində olmaq məni inanılmaz xoşbəxt edir.

Yeni layihəyə başladıqda mən ədəbi-bədii hissənin yalnız əyləncəli olması barədə düşünmürəm. Birinci növbədə şablonlardan kənra çıxmağa, orijinal və yadda qalan işlər görməyə çalışıram. Vacib məqam ondan ibarətdir ki, hər şey zövqlə olsun və həm də sifarişçi üçün möhtəşəm alınsın.

Səbinə Fərzəliyevaədəbi-bədii hissənin təşkili üzrə mütəxəssis:

— Mənim sahəmin adamı ümumilikdə özünü işə həsr edir. Tədbirdən öncəki gecə yatmamaq və ya yuxusuz qalıb ideaların axtarışında olmaq bizim üçün adi haldır. Gecə saat 2-dən səhər 6-ya qədər sahədə olub səs, işıq sisteminin yoxlanılması, aktyorların və musiqiçilərin məşqini izləmək kimi fəaliyyətlər işimizin tərkib hissəsidir.  Bu çətindir ancaq növbəti gün planlanan işin nəticəsini görmək, işin alındığını müşahidə etmək insanda VAO effkti yaradır.

Mən komanda oyunçusuyam və mənim üçün komandanın uğuru çox vacibdir. Layihəyə hər kəs özündən bir parça əlavə edəndə və təşəbbüs göstərdikdə, eləcə də sən bütün bunlara görə məsuliyyət daşıdığını dərk etdikdə hər şey uğurlu alınmaya bilməz. Ən maraqlısı isə xatirələrdir. Şirkət mənim üçün artıq ailəmə çevrilmişdir. Ailənin gündən günə daha möhkəm və dayanıqlı olması üçün isə biz komanda olaraq onu qorumağa və qayğısına qalmağa hazırıq.

Nərminə Zeynalova, PR menecer:

— Mən kollektivdə yeniyəm amma kollektiv üzvlərinin mənə münasibəti və yanaşması uyğunlaşmaq üçün rahatlıq yaradır. Burda hər bir hadisə, ad günləri, layihələrin sonlanması, yeni içninin qəbulu və ümumiyyətlə hər şey tort kısib şənlənmək üçün bir bəhanədir. Bizim qızların demək olar ki, hər gün tort yemələrinə baxmayaraq formada qalmarına təəcüblə baxıram.

Mənim vəzifəm şirkəti və onun fəaliyyətini sosial media, KİV-də təmsil etmək, imicini qorumaq , markletinq və PR planların tərtibatı və icrasından ibarətdir. Hər gün bizim konadanın yeni bir ideyası yaranır və bu ideyalar Şaxmat Olimpiyadasının açılış-bağlanış mərasimi, “Formula 1” yarışları, “Soyuq Əllər, İsti Ürək” kimi bir çox vacib kütləvi tədbirləri əhatə edir.  Ictimaiyyətə bu tədbirlərin məhz bizim tərəfimizdən həm də tədbirlərin unikallığını əkt etdirərək çatdırmaq lazımdır.

Maya Əsgərova, xadimə:

— Ofisdəki hər kəsin qeydinə qalıram və şəfqət göstərirəm. Biz layihələri vaxtında bitirmək üçün daima tələsirik. Bu da öz növbəsində stress yaradır. Stresi azaltmaq üçün çay, şirniyyat verirə və ümumiyyətlə bizim uşaqlar üçün dadlı tortlar bişirməyi çox sevirəm. Əgər ofis təmizdirsə, çay qaynayıbsa və lazımolan hər şey əl altındadırsa deməli işə başlamaq olar. Uşaqların mənsiz ofisdə xaos və qeyri-müəyyənliyin olmasını demələri mənə çox xoş əsir bağışlayır.

10(1443)

Nərmin Mirzəməmmədlidecorator Amapola Exclusive Design:

— Birinci növbədə onu deməliyəm ki, belə bir şirkətdə çalışmaq mənim üçün böyük şərəfdir. Dekorator işi çox məsuliyyətli və çətin işdir.  Bəzən səhərdən gecəyə, bəzən isə sutkalarla tədbir qabağı restoranların içini, butiklərin vitrinlərini bəzənməsi üçün çalışırsan. Müxtəlif konstruksiya  və kompozisiyalarla işləməli olmaq dəqiqlik və diqqət tələb edir. Ancaq sonda mənə tapşırılan hədəflərə və fikirləşdiriyimiz ideyalara nail olduğumuzu gördükdə bu əziyyətlərin hamısı yaddan çıxır.

Nigar Əmirovarəssam-dekorator:

— Mən yaradıcı insan olduğum üçün öz işimdən zövq alıram. İşimi olan sevgim, şirkətin uğurunda marağım məni böyük həvəslə hər bir eskizə həyat verməyə həvəsləndirir.

Yeni fikirlər üçün hər hansı məhdudiyyət yoxdur. Hər bir yeni eskiz, yeni ideya ayrı ayrılıqda bir həyatdır. Mən ürəkdən inanıram ki, mənim hər bir yeni rəsmim bizim böyük ailəmizin uğuru üçün bir kiçik addımdır.

 

Lalə Muradova, florist:

— Mən güllərlə uşaqlıqdan maraqlanıram. Bu maraq sonradan daha geclənərək mənim peşə seçimimə təsir etdi. Mən Beynəlxalq Floristika məktəbinin tələbəsiyəm.

Amapola şirkətində mən istənilən ideyanın reallaşdırılma imkanına sahibəm. Ən vacibi də budur ki, burda mənim kimi öz işinin fanatı olan insanlar çalışır.İstər sosial istərsə də dövlət layihələrində mən onlarla birlikdə çalışıram. Bu cür layihələrdə tövhəm olması mənim üçün çox dəyərlidir. Ümumiyyətlə belə mehriban və şən kollektivin üzvü olamaq çox böyük xoşbəxtlikdir. Əsas odur ki, biz hələ yolun başlanğıcındayıq və deməli ən maraqlısı hələ qabaqdadır!

Личный кабинет заказчика