Haqqımızda

Əsası 2013-ci ilin avqust ayında qoyulmuş “Amapola Exclusive Events” şirkəti bütün növ korporativ və özəl tədbirlərin, o cümlədən şəhər və dövlət miqyaslı geniş tədbirlərin peşəkar səviyyədə təşkil edilməsi ilə fərqlənir. Şirkət çox sayda maraqlı və müxtəlif layihələrə imza atmışdır.

 Missiya

Brendin missiyası – hər bir müştərimizə özünü xüsusi, unikal və təkrarolunmaz hiss etdirmək, onun yatmış emosiyalarını və hisslərini oyatmaqdır.

Bu nə deməkdir? Bu, yeni bir şey yaratmağımız deyil, əksinə, müştərilərə öz unikallığı ilə bağlı həmin hissləri, həmin zövqü itirməməyə kömək etməyimiz və bəzi hallarda hətta hissləri canlandıraraq müştəriləri bəzən tam xoşbəxt olmaq üçün çatışmayan həqiqətən əhəmiyyətli şeyləri və detalları görməyə yönəldirməyimiz deməkdir.

Konseptual yanaşmamızın əsasını təşkil edən prinsip çox sadədir: hər bir müştərinin tədbiri elə mühüm bir hadisədir ki, o, unikal və unudulmaz olmalıdır. Bunun üçün biz həyata keçirilən tədbirləri planlaşdırır, təşkil edir və onlara bütün mərhələlərdə nəzarət edirik.

Dəyərlər

Keyfiyyət – işin yüksək keyfiyyəti, şirkətimizin ən qiymətli dəyəridir;

Kreativlik – geniş düşünmək, mümkün olanı aşmaqdır;

Şəffaflıq – informasiya ilə açıq və şüurlu şəkildə bölüşməkdir;

Ehtiras – məşğul olduğun işi sevmək, daim irəli getmək, təkmilləşmək və istənilən novatorluğu dəstəkləməkdir;

Komanda ruhu – bir-birini dəstəkləyən və hörmət edən vahid, məsuliyyətli, dürüst, səmimi və cəsarətli komanda olmaqdır. Biz birlikdə güclüyük!

Prinsiplərimiz

  • Alıcı

Biz təklif olunan xidmətlər sahəsində müştərilərimizin istəklərini və onların maraqlarını, eləcə də bütün yaş kateqoriyalarının nəyə üstünlük verdiklərini nəzərə alırıq.

İşi vaxtında görmək, keyfiyyət, yenilik və ən əsası, əhval-ruhiyyə bizim biznes fəlsəfəmizin ayrılmaz hissəsidir.

İstehsalın səmərəliliyi istehlakçının maraqlarının cari təhlili və bölmələri bir-biri üçün işləyən brendin çoxfunksionallığı hesabına dəstəklənir.

  • İşçilərin inkişafı və liderlik

Əməkdaşlarımız uzunmüddətli motivasiyaya malikdirlər və daxili inkişaf sistemində sistemli şəkildə qorunub saxlanılan və inkişaf etməkdə davam edən bilik və təcrübəyə görə məsuliyyət daşıyırlar.

Komanda işi və səmərəli ünsiyyət bizim standartımızdır. Ofisimizin təhlükəsiz iş yerləri müntəzəm nəzarət ilə təmin edilir.

  • Texniki və texnoloji həllər

Məhsullarımız müasir bilik və texnologiyalara əsaslanır. Onların sayəsində biz presedentlərin daimi yaradılmasına əsaslanaraq sifarişli hazırlama və istehsal həyata keçiririk.

Hazırlama və istehsal keyfiyyətini artıraraq, məhsulun diaqnostikasını və sınaqdan keçirilməsini təşkil edərək və istehsal mühitinə nəzarət edərək, biz ziddiyyətləri minimuma endiririk.

Xidmətlərin unikallığı və fərdiliyi – rəqiblərimiz qarşısında bizim əsas üstünlüyümüzdür.

  • Təchizatçılar və tərəfdaşlar

Təchizatçılarla tərəfdaşlar arasındakı münasibətlər tərəfdaşlıq prinsipinə əsaslanan siyasətimizin ən vacib elementidir.

Təchizatçılarımız keyfiyyət, ətraf mühitə münasibət və əmək təhlükəsizliyinə yönəldilmiş müəyyən edilmiş meyarlara uyğun olaraq diqqətlə seçilmişdir.

Biz birdəfəlik mənfəətdənsə uzunmüddətli etibarlı əməkdaşlığa üstünlük veririk və yeniliyə açığıq.

  • Sistemli və dəqiq yanaşma

Şirkətimizin daxilində bütün proseslər sistem tərəfindən idarə olunur.

Layihələrin idarə edilməsi, biliklərin idarə edilməsi və daxili müştəri İnstitutundan istifadə edərək, biz yalnız materialların və məlumatların axınını deyil, bütün digər sahələrin fəaliyyətini də optimallaşdırırıq.

Rəylərə əsaslanan yanaşma bizim üçün məcburidir.
Biz bu strategiyadan istifadə edərək, biz daimi təkmilləşmə prosesini həyata keçiririk və köhnə prinsiplərdən uzaqlaşmanı maksimum tətbiq edirik.

  • Sabitlik və məsuliyyət

Biz layihə üçün, istiqamətlər üzrə məsuliyyət bölgüsü çəçrçivəsində ümumi məsuliyyətimizi dərk edirik və bilirik ki, yalnız həmrəy şirkət öz ətrafına uzunmüddətli töhfə verə bilər.

Biz, ətraf mühitin qorunması üzrə qüvvədə olan normaların tələblərini yerinə yetirməyi və tendensiyaları yaxşılaşdırmaqla məhsulun keyfiyyətini artırmağı öhdəmizə götürürük. Bunun üçün biz bütün ilkin materialları və xammalı, onların tənzimlənməsi sistemini, eləcə də əməkdaşların təkmilləşdirilməsini mütəmadi olaraq yoxlayırıq

Biz ən qeyri-adi ideyaları uğurla həyata keçiririk!

Tədbirin sizin və qonaqlarınız üçün unudulmaz olmasını istəyirsiniz? Hər şey sizin əlinizdədir!

 

Xidmətlərimiz

Dövlət tədbirləri

Dövlət səviyyəli iri miqyaslı tədbirlərin təşkili zamanı Amapola Exclusive Events yanaşmasının əsas meyarları layihələrin vaxtında və tam hazır təslim edilməsi, tədbirə tam nəzarət, diplomatik protokol normalarına dəqiq riayət olunması, ətraflı işlənib hazırlanmış plan üzrə uzlaşdırılmış iş və yalnız qabaqcadan yoxlanılmış tərəfdaşlarla əməkdaşlıqdır.

Kütləvi tədbirlər

Mədəni kütləvi tədbirlərin, xeyriyyə yarmarkalarının, festivalların, sərgilərin, olimpiadaların və idman yarışlarının təşkili Amapola Exclusive Events şirkətinin portfelində xüsusi yer tutur. Belə tədbirlər müxtəlif xalqların nümayəndələrini birləşdirməyə və onları ölkəmizin zəngin mədəni irsi ilə tanış etməyə imkan verir

Marketing- Events

Markanızın təşviqi üçün biz Event-tədbirlərin (hadisə marketinqinin) köməyi ilə məqsəd və vəzifələrin qoyulmasından tədbirin kontentinin və onun işıqlandırılması üsullarının seçilməsinə qədər bütün prosesi quraraq marketinq strategiyasının işlənib hazırlanmasını təklif edirik.

Bizimlə sizin markanız daha tanınan, satışlar isə daha yüksək olacaq!

Korporativlər

Korporativ tədbirlərin, şirkətlərin xüsusi günlərinin və yubileylərinin təşkili, tematik bayramların kollektiv tərəfindən qeyd edilməsi – nailiyyətləri qeyd etmək, kollektivi birləşdirmək və motivasiya etmək və hər kəsi gələcək uğura kökləmək üçün yaxşı bir fürsətdir.

Amapola Exclusive Events şirkəti, belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olaraq, sizin korporativ gecənizin təşkilini öz üzərinə götürəcək. Və ən əsası odur ki, sizin tədbiriniz gələcəkdə sizin şirkətin irəliləməsi üçün işləyəcək, çünki biz bunun üçün müxtəlif mexanizmlərdən istifadə edirik. Bu, yalnız istirahətə xərc deyil, həm də sizin marketinqinizə xərcdir!

Buraxılış gecəsi

Bu axşam hər bir məktəblinin həyatında ən vacibidir! Bu bayramda xırdalıqlar olmur! O eyni zamanda həm təsirli, həm də hərarətli olmalıdır, və ən əsası ömür boyu yadda qalmalıdır.

Amapola Exclusive Events komandası axşamın təşkilini öz üzərinə götürəcək və onu unudulmaz edəcək!

Timbildinq

Təbiətə çıxmaqla korporativ istirahətin təşkili – qeyri-rəsmi şəraitdə istirahət etmək, işin səmərəliliyini artırmaq və komanda ruhunu möhkəmləndirmək üçün əla vasitədir. Amapola Exclusive Events şirkəti mükəmməl yer, proqram və yeməklər seçərək sizə səyyar korporativlərin təşkilində kömək edəcək!

Sərgilər

İctimai həyat sahələrində nailiyyətlərin ictimaiyyətə təqdim edilməsini biz tez-tez “quş qoymaq üçün” keçirilən və özündən sonra qətiyyən heç bir şey qoymayan sərgilərdə görürük. Amapola Exclusive Events sizə “quşların” qarşısını almağa və sərginin barəsində uzun müddət və yalnız yaxşı danışılacaq böyük bir hadisəyə çevirməyə kömək edəcəkdir.

Ad günləri

Hamımız bilirik ki, ad günü bütün digər bayramlardan və unudulmaz tarixlərdən daha vacibdir, axı məhz uşaqlıq xatirələri hər birimizin həyatında ən şirin və ən yaxşısıdır. Amapola Exclusive Events-də yaradıcılıq üçün heç bir məhdudiyyət yoxdur! Nağıla bizimlə birlikdə “hə” deyin!

Böyük səbəbkarlar üçün Amapola Exclusive Events-in yüksək peşəkarlıq səviyyəsinə malik kollektivi hətta ən gözlənilməz arzunu, onun xasiyyətinin bütün incəliklərini, onun maraq və üstünlüklərini nəzərə alaraq reallığa çevirir.

Biz sizə sübut edəcəyik ki, yaş yalnız rəqəmdir və biz ildən-ilə qocalmırıq, müdrikləşərək böyüyürük – və gəlin bunu birlikdə gözəl, mehriban, dəbdəbəli və şən edək!

Toy şənlikləri

Toyqabağı və toy şənlikləri – Sevgililərin onlardan sonra yeni, işıqlı və xoşbəxt həyata daxil olduqları sehrli hadisələrdir.

Amapola Exclusive Events şirkəti nigahın zərifliyini və sirrini qoruyub saxlayaraq, və bununla yanaşı bəzən çoxdan öz reallığını itirmiş ənənələrə riayət edərək, yalnız yeni evlənənlərin deyil, başqalarının da qəlblərinin və ruhlarının inanılmaz bayramını yaradaraq, bu hadisələri heyrətamiz, unudulmaz və rəngarəng edəcək!

HORECA tərtibatı

HORECA obyektlərinin tematik tərtibatı onların işində mühüm halqadır, axı zərif bayram dekorasiyaları əhval-ruhiyyəni və qonaqları cəlb etməyə imkan verən bayram hissini yaradır.

Amapola Exclusive Events şirkəti sizin obyektinizi parlaq və yaddaqalan, bəzən isə proqnozlaşdırıla bilməyən və müəyyən edilmiş stereotipləri “qıran” etməklə dəyişəcək!

Vitrinlərin tərtibatı

Mağaza yoldan keçənləri mağazanın ziyarətçilərinə və, ən yaxşı halda alıcılara çevirmək üçün nəzərdə tutulmuş vitrindən başlayır.

Vitrinlərin tərtibatı sənətində əsası – zövqdür. İkinci yeri peşəkarlıq, və mütləq cəsarət və ideyanın mövcudluğu tutur. Bütün bu komponentlər birlikdə yaxşı satan vitrinlərin əsasını təmin edir. Bütün bu komponentlər – Amapola Exclusive Events şirkətinin işinin mağazaların vitrinlərinin dizaynı, dekorasiyası və tərtibatı zamanı tətbiq olunan fərqləndirici cəhətləridir.

Mütəşəkkil istirahət

Amapola Exclusive Events şirkətlərə və fiziki şəxslərə qonaqlarının və ya qonaqlar qrupunun səfərinin təşkili üçün proqramın hazırlanması üzrə fərdi xidmət təklif edir. Proqrama aşağıdakı xidmətlər daxil olacaq: mehmanxanada nömrələrin bronlaşdırılması; həm Bakıda, həm də onun hüdudlarından kənarda restoranın bronlaşdırılması (menyu və qonağın gəlişinə açılmış süfrə daxil olmaqla); yalnız teatra, konsertə, sərgiyə, kino premyerasına biletlərin sifarişi deyil, həmçinin qonaqların zövqünə görə mədəni proqramın seçimi; şəhər üzrə və Azərbaycanın istənilən rayonuna turun təşkili. Amma ən əsası odur ki, siz öz depozitinizi yaradırsınız və hazırda cibinizdə pul olub-olmamasından narahat olmadan proqram üzrə səyahət edirsiniz. Siz ölkəyə gəlməmişdən əvvəl, xırdalıqlara qədər harada, nə vaxt, nə, haraya və ən əsası, nə Qədər olduğunu bilirsiniz!

Açıqcalar və dəvətnamələr

Açıqcalar və dəvətnamələri poliqrafiyanın və dizayn sənətinin kiçik şah əsərləri adlandırmaq olar.

Bayağı və darıxdırıcı dəvətnamələr və açıqcaları unudun, axı Amapola Exclusive Events sizin üçün tədbirin özündən çox əvvəl alıcısında maraq oyadacaq, onun mövzu və konsepsiyasına eyham edəcək və ən əsası artıq onda müsbət əhval-ruhiyyə yaradaraq onu tədbirə diqqətlə hazırlaşmağa inandıracaq orijinal ideya yaradacaq!

Hədiyyələr

Amapola Exclusive Events öz unikallığı ilə fərqlənən, parlaq ifadə edilmiş individuallığa və yaradıcılığa malik olan, gözəlliyi və ideyanın konkret bilicisi üçün nəzərdə tutulmuş, həmçinin insanlara adət edilmiş dünyaya başqa cür baxmağa kömək edən əl işi hədiyyələri yaradır.

İnsan əllərinin istisi sizə xüsusi energetikanı verir, belə məmulatlar haqqında demək olar:”məhəbbətlə hazırlanmışdır”.

İnteryer dizaynı

İnteryer-dizayn xidmətinə sizin rahatlıq və gözəllik haqqında bütün təsəvvürlərinizi daha dolğun əks etdirən fərdi interyerin yaradılması daxildir.

Amapola Exclusive Events şirkəti şəxsi və ictimai interyerlərin dizaynı sahəsində xidmətlərin tam siyahısını təklif edir. Xidmətlərə aşağıdakılar daxildir: eskizlərin, interyerin dizayn-layihəsinin hazırlanması, materialların seçilməsi, interyerin dekorativ elementlərinin eskiz işlənməsi, fasadın işlənməsi, landşaft dizaynı-layihəsi, ictimai və kommersiya sahələrinin dekorasiyası, həmçinin birbaşa “tam hazır” şəkildə təhvil verilənə qədər tikintinin bütün mərhələlərində layihənin həyata keçirilməsinin müşayiəti.

Marketinq araşdırması

Marketinq tədqiqatları marketinq məhsulları və xidmətləri ilə əlaqəli məsələlərə dair keyfiyyət və kəmiyyət məlumatlarının sistematik şəkildə toplanması, qeyd edilməsi və təhlilidir. Məqsəd marketinq qarışığının dəyişən elementlərinin müştəri davranışına necə təsir etdiyini müəyyənləşdirmək və qiymətləndirməkdir.

Bu, bu məsələləri həll etmək üçün tələb olunan məlumatların dəqiqləşdirilməsini, sonra məlumat toplama metodunun dizaynını, məlumat toplama prosesinin idarə edilməsini və həyata keçirilməsini əhatə edir. Toplanan məlumatları təhlil etdikdən sonra bu nəticələr və nəticələr, təsirləri də daxil olmaqla, hərəkət etmək səlahiyyətinə malik olanlara göndərilir.