Fidan Haciyeva

Fidan Hacıyeva – Azərbaycan Akademik Opera və Balet Teatrının opera müğənnisi, müəllim, mezzo-soprano. Azərbaycanın xalq artisti.

7 sentyabr 1976-cı ildə Bakıda anadan olub. 1984-cü ildə Bülbül xüsusi orta musiqi məktəbinin fortepiano sinfinə daxil olur. 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə daxil olmuşdur. Professor Hüseyn Əliyevin tələbəsidir. 1998-ci ildə Rusiyanın xalq artisti, dünya şöhrətli İrina Arxipovadan vokal sənətində ustad dərsləri aldı. 1996-cı ildən – Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti. 2000-ci ildən etibarən Türkiyə Cümhuriyyəti Mersin Dövlət Opera və Balet Teatrı ilə əməkdaşlıq edir. 2002-ci ildə professor Hüseyn Əliyevin rəhbərliyi ilə aspiranturaya daxil olub. 2004-cü ildən Azərbaycan Müdafiə Nazirliyində Qazi Aslanov adına Mahnı və Rəqs Ansamblının əsas solistidir. 2010-cu ildə dünyaca məşhur mezzo-soprano Bruno Ballyone ilə vokal hazırlığını davam etdirdi.