42-ci Dünya Şahmat Olimpiadasının bağlanış mərasimi
Amapola Exclusive Events şirkətinin təşkilati dəstəyi ilə Bakıda Milli Gimnastika Arenasında 42-ci Dünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirildi. Proqramda Azərbaycan rəqqasları, məşhur gürcü musiqi qrupu Kaxaberi və Xanums, eləcə də Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə “Sarı gəlin” xalq mahnısı muğam ilə improvizasiyada səsləndirib. Qaliblərin mükafatlandırmasi improvizasiya olunmuş şaxmat taxtası üzərində keçirildi. Onlara Azərbaycanın milli geyimlərindən papaqlar və kəlağayı hədiyyə edildi.