Bakı-Tbilisi-Kars dəmir yolunun açılışı
Oktyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə beynəlxalq dəniz ticarət limanında Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakytjan Sagintayev, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, habelə Tacikistan və Türkmənistan nümayəndə heyətlərini qəbul etdi.
Mərasim Media və KİV tərəfindən geniş işıqlandırıldı
Tədbirin təşkilatı dəstəyi Amapola Exclusive Events tərəfindən təmin edilmişdir. Bu layihəni ən böyük və ən məsuliyyətli işlərimizdən hesab etmək olar. 300-dən çox işçi qüvvəsi, tonlarla tikinti və işlənmə materialları, 216 saatlıq davamlı iş və ölkəmizin və bütövlükdə bölgənin tarixinə düşmüş bir gün!