“SOCAR Polymer” zavodun açılışı

İyulun 18-də Amapola Exclusive Events komandası Azərbaycan tarixində daha bir mühüm hadisənin – Sumqayıt şəhərində Kimya Sənaye Parkında yerləşən ilk SOCAR Polimer polipropilen zavodunun açılışında və təşkilində iştirak etmək üçün şanslı oldu.

Tədbir iki dövlət başçısının – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iştirakı ilə keçirildiyinə görə dövlət statusu almışdır. Açılış mərasimi KİV nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.

Qürurla qeyd etmək istərdim ki, tədbirin ən qısa vaxtını, mürəkkəbliyini və məsuliyyətini nəzərə alaraq 9 gün ərzində çox böyük işlər görülmüşdür.