Türkdilli Dövlətlərin VII zirvə görüşü

15 oktyabrda bütün türk dünyasının diqqəti Azərbaycana və Bakıya yönəldildi. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti keçirildi. Görüşdə Azərbaycandan əlavə, Türk Şurasının bütün ölkələrinin nümayəndələri iştirak etdilər: Türkiyə, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstan. Tədbir Media  və KİV tərəfindən geniş işıqlandırıldı.