Filmlərin təqdimatları – süjetin güzgüsü

Hər bir layihə psixoloji məqamları əks etdirmə xüsusiyyətlərinə malik olur. Xüsusilə də, birbaşa film təqdimatları ilə əlaqəlidirsə.

Fiziki həyatı  nümayiş etdirərkən bir çox təqdimatın  müxtəlif  zaman həqiqətlərini əks etdirditini müşahidə etmisinizmi?  Qeyd etmək lazımdır ki, bu, əlbəttə ki, yaradıcı ideyaların , yüksək texnika və bacarıqların köməyi ilə həyata keçirilir.

Onları biz filmin əsas süjetini daha parlaq çatdıran təqdimat güzgüsü adlandırırıq.

Mahiyyəti etibarilə təqdimat-güzgü tədbirlərin təşkili şirkəti üçün məhdudiyyətsiz  bir fəaliyyət sahəsidir. Bir növ elə bir dünya ki,  burada kreativ komandanın əsas məqsəd  və arzusu qonaqların fikrini filmin yarandığı zaman kəsiyinə yönəltməkdir.

Bir “güzgü təqdimatı” olaraq bu fəaliyyət konsepsiyası həmişə kifayət qədər diqqət çəkir, çünki onda əks olunan mahiyyət məkan hərəkətinin təsirli bir gücünə malikdir.

Başqa cür ola da bilməz. Xatirələr gəzintisi zamanı  təsvir oluna bilməyən hisslər hər kəsi  dekorasiya zamanı həssaslıqla nəzərə alınan ən xırda detallar üzərində  donub qalmağa  məcbur edəcək. Qonaqlarda belə bir fikir formalaşacaq ki onlar çəkilən filmin sanki canlı iştirakçılarıdılar. Bu “güzgü” bir növ məkan zaman maşını olur və təqvimi vərəqləyərək çox-çox əvvəllərə qaytarır. Belə təqdimatlarda ən yadda qalanı isə odur ki, başqa dünyaya açılan qapılardan girərkən gələcəkdə olduğunu hiss edirsən və emosiyalarını gizlədə bilmirsən.

Bir sözlə,  şirkətimizin təqdimatlarından keçmək imkanınız  olduğu halda artıq  heç bir sözə ehtiyac qalmır.

893
1