Yeni İliniz Mübarək! 2021!

Yeni ildə möcüzəvi və təsvirəsığmaz şəkildə Kainatın bütün mexanizmləri qarşılıqlı fəaliyyət göstərir və belə ki, keçmişimiz və gələcəyimiz arasında olduqca açıq-aşkar sezilən ən həssas bir dönəm yaşanılır.

Demək ki, sadəcə bir addım atmaqla bütün macəralara keçid etmək mümkündür.
Qəlblər möcüzə gözləyişi ilə doludur və bu da heç şübhəsiz baş verir.

Bəlkə bu, yeni bir həyatın başlanğıcına, xoş dəyişikliklər və qismətimizdə əlamətdar  dönüşlərə inamın “başlanğıcı “dır? Bəlkə bu, səhərlər yuxudan oyanaraq Şam ağacına bu il Şaxta babanın bizə nə gətirdiyini görmək üçün qaçan uşaqlarda həyəcan oyadan misilsiz bir möcüzədir?

Mandarin qoxuları, sevimli köhnə filmlər, işıqlar və şam ağacı oyuncaqlarının parıldaması, bir ovuc kül ilə şampan köpükləri yeni il arzularından törəyən simvolik xüsusiyyətlər kimi canlandırılır… Məhz bu şəkildə biz yeni il əsrarəngizliyini təqdim edirik…
Lakin digər tərəfdən əslində hər şey daha dərin məna kəsb edir …
Yeni il— güvənlik hissidir, irəlidə daha yaxşı şeylərin baş verəcəyinə dair inamdır! Sevgi, Qayğı, İnam və Hüzurdur!

Bəli, qəti surətdə dostlarımızla qartopu oynamaq, qar yemək və xəstələnmək barədə düşünməmək istəyirik.
Lakin… Qarşıdan gələn Öküz ili güclü xarakter və möhkəm sinirlərə sahib insanları qiymətləndirməyə qadirdir!

Siz yalnız 2020-ci ilin tarixə düşdüyünü düşünürsünüz…
Bəlkə də bu bizlərin yaddaşında bir daha təkrarlanmayacaq bir hadisə kimi qaldı… Odur ki, gəlin bu ili birgə yola salaraq bir-birimizə zəhmətkeşlik, əzmkarlıq və nikbinlik xatirinə xüsusi minnətdarlıq ifadə edən kəlimələr ərməğan edək! Biz böyük bir ailə şəklində bütün bunları yerinə yetirməyə nail olduq!

2020-ci il bizə yalnız qar bəxş etmədi, həyatımıza maska və kəskin duyğular qataraq təcrübəmizin zənginləşməsinə dəlalət etdi. Tarixdə ölkəmizin müqəddəratını təyin edən böyük həmrək işin həyata keçirildiyi bir sıra tədbirlər timsalında bir çox sınaqlarla səciyyələnən və mərhələli bir il kimi yaddaşlarda qaldı. Biz bu ildən maksimum şəkildə xilas ola bildik və qürurverici bir ad qazanmağa nail olduq— Qalibiyyətli bir il!

Məgər bu istənilən çətinliklər qarşısında bizim müqavimətliliyimizin göstəricisi kimi çıxış etmir mi?

Biz gərgin və layiqli əmək sərf etdik. İrəlidəki inkişaf və bütün əlverişli dəyişikliklər üçün effektiv, etibarlı təməlin bünövrəsini qoyduq.

Keçən ili qiymətləndirərək əminliklə deyə bilərik ki, Azərbaycan xalqının inkişaf salnaməsində bu il yeni və maraqlı bir səhifə açmışdır.

Bu il fərqli və hərtərəfli, o cümlədən mürəkkəb və eyni zamanda parlaq bir il oldu.Sevdiklərimizə daha çox diqqət ayırmağa sövq etdi və bütün insanları bir araya topladı. Həm məyus, həm də xoşbəxt olduğumuz bir il oldu.

Bu ili pislədiyimiz kimi tərifləməli olduğumuz məqamlar da mövcuddur!

Məhz indi bizim inamımızın başlandığı həmin an yetişir.

Yeni 2021-ci ilin astanasında biz sizə geniş qəlbimizlə sizinlə və sizin üçün çalışan hər bir komanda üzvümüzün bəxş etdiyi sevgi və səmimiyyəti çatdırmaq istərdik!

Qarşıdan hamımız üçün həyatımızda yeni səhifənin açılacağı möhtəşəm bayram gəlir!

Biz sizin bizimlə birgə olmağınıza, iştirakınıza və şəxsən sizə minnətdarlığımızı bildiririk!

Yeni ilin sizə yalnız #sağlamlıqxoşbəxtlikuğur gətirməsini deyil, qarşıdan gələn günlərdə də inam və əminlik bəxş etməsini diləyirik! Həyatınızın hər sahəsinin tam enerji dolu olmasını və yeni nailiyyətlərinizin bol olmasını arzulayırıq!

Biz sizin varlığınıza səmimi qəlbdən şadıq!

Yeni iliniz mübarək! Qoy bu il ağlasığmaz şəkildə möhtəşəm keçsin!

Möcüzələrə inanmaqdan heç vaxt əl çəkməyin!

Sevgilərlə, sizin Amapola Exclusive Events!

 

 

8812