Yenidən dizayn — yeni həyat nəfəsi!

Dünyamızda qalıcı və əbədi olan tək şey dəyişiklikdir.

Ölkəmiz bu yaxın ərəfələrdə nisbətən tam şəkildə “dərindən nəfəs aldı” və yeni bir şəkildə-rəngarəng, bütöv, heyrətamiz və inanılmaz perspektivli gedişata doğru dirçəliş etdi!

Sadəcə müxtəlif istiqamətli imkanlar və mənzərəli yerlər daxil olmaqla ümumilikdə nə qədər yerin açıldığını göz önünə gətirin!

Şübhəsiz ki, dəyişiklik hər şeydə zəruridir. Yalnız insanları ehtiva etmir!

Bu heyrətamiz yenilənmə və emosiya dalğasından ilhamlanan şirkətimiz, məşhur Amapola Exclusive Events saytının yenidən dizaynını tərtib etdi.

“Bəs bunun üçün hansı zərurət yaranmışdı”- deyə soruşsanız?

Bir il öncə yenidən dizayn etmişdik, odur ki, tamamilə yeni bir veb sayt yaratmaq məqsədimiz yox idi.
Lakin qeyd etmək istəyirik ki, biz hamımız sürətlə inkişaf edən texnologiyalar dünyasında yaşayırıq. Saytlara vasitəsilə nəzarət etdiyimiz qurğular dəyişikliyə məruz qalır, brauzerlərin imkanları genişləndirilir, eləcə də veb-dizayn tendensiyaları və istiqamətləri fərqli xarakter alır.
Hər şey dəyişir! Hər dəqiqə! Hətta indi! ;)

“Yenidən dizayn etdik!” adlı sərbəst buraxılışı oxuduqda burada heç bir mürəkkəb bir şey olmadığını düşünə bilərsiniz. Ancaq bu heç də belə deyil.!

Biz yalnız “səthi”- «kosmetik təmir» yerinə yetirmədik. Olduqca ciddi beyin fırtınası yaşadıqdan sonra və bir çox konsepsiyaları nəzərdən keçirərək cüzi şəkildə də də olsa təəssürat doğurucu bir şey əldə etməyi bacardıq.

Komandamız qarışıqlığa birdəfəlik son qoymağa və interfeysin şəxsiyyətini yeniləməyə qərar verdi. Məhz bu məqsədlə istiqamətimizi yeni funksiyalar tətbiq etmək, səhifələrin görünüşünü yeniləmək, fləş animasiya ilə işləmək, yeni məzmun əlavə etmək, əlavə başlıqlar yaratmaq, naviqasiyanı gücləndirmək və interaktivlik dərəcəsini artırmaq, html kodunu optimallaşdırmaq və rahatlığınız üçün yenilənmiş bir interfeys yaratmaqla daha dərin və ətraflı tədbirlər həyata keçirməyə yönəldik!

Bizim yenidən dizayn üzrə gedişatımız sizin düşüncə istiqamətinizi son nəticə etibarilə dəyişmək ideyamızdan çox öncə mövcud olmuşdur.

Biz sadəcə uzun müddət fəaliyyət göstərən bir tədbir təşkilatı olmadığımızı artıq indi yeni rəqəmsal texnologiyaların və məhsulların inkişafına sərmayə qoyaraq göstərməyə hazırıq!

Bizim yeni stilimiz bu istiqaməti tam əks etdirir. Biz irəliləyirik! Halbuki bir neçə il əvvəl müasir olan bir şey bu gün artıq gündəlik rutin halını almış olur.

Biz sükanı olduğu kimi saxlayaraq, yaşadığımız bu seqmenti layiqli şəraitdə və müntəzəm şəkildə təkmilləşdiririk. Xidməti keyfiyyəti artıraraq, yeniliklərlə təmasda olaraq, yeni rəqəmsal məhsullara can ataraq, o cümlədən, özümüzü yeni texnologiyalarda sınayaraq, irəliyə doğru addımlayırıq və bütün bunları sizlərlə bölüşürük.!

Saytımızın yenidən dizaynının Azərbaycan təqvimindəki mühüm əhəmiyyətli tarixlə üst-üstə düşməsi də bu yenilik haqqında geniş bəhs etmək üçün əla bir əsasdır!

Biz kifayət qədər məqsədyönlü hazırlaşmışıq. Belə ki, bu böyük həcmli bir iş olub, şirkətdəki hər kəsi cəlb etmişdir. Nəticə-sizin rahatlığınızdır!

Biz dəyişdik! Güman edirik ki, istifadəçilərimiz yeni tərtibata təhlükəsiz və asan bir şəkildə keçid hissinin bizlər üçün necə təqdirəlayiq olduğunun artıq fərqindədir!

Bizimlə birgə dəyişin!

Sevgilərlə, sizin Amapola!

1166
1