8 Mart

Heç kimə sirr deyil ki, tarix bizim həyatımızı həmişəlik dəyişən qadınların adı ilə zəngindir. Onların incəsənət, elm və texniki kəşflər sahəsində etdikləri parlaq ixtiralar, nailəyyətlər həyatımızın ayrılmaz hissəsinə çevrilib bəşəriyyətin yeni böyük ixtiralarını yaratmaq üçün ruh verir və öz nümunəsi ilə insanı heyran edir. Bir sirr kimi deyək ki, qadınlar üzərinə analıq, bəzi hallarda isə işlə bərabər mahiranə şəkildə şəxsiyyət formalaşdırmaq kimi asan olmayan vəzifə həvalə edən müasir zəmanədə onlar maraqları ardınca tam getmək və mövqelərini möhkəm saxlamaq üçün öz ideyaları ilə təhsil sistemini dəyişib cəmiyyətdə bərabər hüquqlu olmağa nail ola biliblər.

Klara Setkin – biz hamımız bu dahi qadının adını xatırlayırıq. İslahatçı və hüquq müdafiəsi üzrə hərəkatın nümayəndəsi olan həmin şəxs cəmiyyətin diqqətini qadın hüquqlarına cəlb etmək üçün ilk dəfə olaraq Beynəlxalq qadınlar gününün təsis edilməsi təklifini irəli sürmüşdü. Bu tarix hal-hazırda nəinki bütün dünya qadınlarının birlik ideologiyasını özündə təcəssüm etdirir, eyni zamanda xanımların quruculuq və inkişaf etmək imkanlarına, heyrətamiz gözəlliyə malik təbiət gücünü vurğulamaq üçün gözəl səbəbdir.

Doğrudur, kişi, təbiətcə, qadının qayğısına qalmağı, onun maraqlarını qoruyub təəccübləndirməyi sevir, lakin nədənsə bunu etmək üçün ÜMUMİ bir ildən YALNIZ iki-üç gün seçir.  Lakin, həyatda ümumi məqsədlərə çatmaq və gözəl təbəssüm yaratmaq yolunda etibarlı dayaq olmaq, həmçinin kişi və qadın ahəngdar tandemi yaratmaq üçün güclü cinsin nümayəndələrinin cəmiyyətin zərif cinsinin nümayəndələrinin həyatında daimi iştirakı mütləqdir.

Razılaşın ki, ümumi işlərin səmərəli nəticə verməsinə yönəlmiş səyləri birləşdirmək özündə ziddiyyətlərə yer olmayan gözəl həyat yaradır.

Bala bir sirrin üstünü açaq – qadın hədiyyə olunmayan gülləri həmişə yadda saxlayır!

Buna görə də, öz sevgini ifadə et! Qayğı bəxş et!  Varlığı üçün təşəkkür et və təqvimdə qırmızı tarix şəklində səbəb gözləmə!

Yeri gəlmişkən, bunun üçün ən az 364 günün var!

 

1141
1