Tədbirlərin floristik tərtibatı– incəsənət təfərrüatlardadır
Tədbirlərin bəzədilməsində meyllər daima dəyişərək dizayna daha çox unikallıq və yaradıcılıq qatır. Dekorun heç vaxt dəbdən düşməyəcək vacib tərkib hissələrindən biri təbii güllərlə bəzəmədir.
“Amapola Exclusive Events” şirkəti digər xidmətlərlə yanaşı, tədbirlərin dekorativ və floristik tərtibatını təklif edir.
Toy və ya yubiley, rəsmi furşet və ya korporativ tədbir olmasından asılı olmayaraq, məkanın planlaşdırılan tədbirin üslubuna uyğun təbii güllər və gül kompozisiyaları ilə bəzədilməsi istənilən tədbiri uğurlu edən əsas meyarlardan biridir.
Tədbirin unikallığı və möhtəşəmliyini vurğulamaq üçün daha yaxşı bir yol ola bilməz!
Floristikanın bir neçə istiqaməti mövcuddur:
1.Toy və Bayram floristikası
Peşəkar toy floristikası yalnız bayram buketi, butonyörların (yaxaya taxılan qönçəli sancaq) hazırlanması və banket zalının tərtibatından ibarət deyil. Bu fikir və fantaziyalar üçün olduqca böyük məkandır və əsl incəsənətdir. Peşəkar toy floristikası sayəsində toy avtomobillərindən tutmuş banket zalındakı masalaradək bütün toy tərtibatı, bəzək və dekor ən yüksək səviyyədə hazırlanır. Belə yanaşma sizə və qonaqlarınıza unudulmaz təəssüratlar və qeyri-adi məqamlar bəxş edəcək.
2. Tədbir floristikası
Məkanın prioritetlərin düzgün qoyulduğu floristik tərtibatı xoş abu-hava, görüşün daha səmimi mühitdə keçməsinə imkan yaradır.
“Amapola Exclusive Events” şirkətinin peşəkarları tərəfindən gül kompozisiyaları istənilən işgüzar tədbirin tematikasına uyğun hazırlanır:
- sərgi, təqdimat və konfranslar, açılış mərasimləri;
- korporativ tədbirlər;
- ad günləri, yubiley və digər ailəvi tədbirlər;
- moda nümayişləri və təntənəli mərasimlər;
3. Dövlət tədbirlərinin tərtibatı
Tədbirlərin keçirilməsinə dair protokolun mövcud olduğu heç kəs üçün sirr deyil, həmçinin güllər və istifadə olunacaq bitkilərin rəng qamması göstərilə bilər.
Protokola bir çox hallarda loqotipi uyğunlaşdıraraq və ona uyğun rəng tərtibatını seçərək əməl oluna bilər və ya ölkə bayrağının rənginə uyğun tərtibat hazırlana bilər – variantlar çoxdur… Lakin, istənilən halda düzgün xətlər olmalı, artıq qəliz dekorativ ştrixlər olmadan rəng kompozisiyalarının konservativ və sakit tonları uyğunlaşdırılmalıdır.