Virtual və tamamlanmış reallıqlar – tədbir təşkilatçılarının yeni alətləri

Gələcəyin dünyası.

Öz xəyallarımızda (fantaziyalarımızda) onu kompüterləşmiş, fantastik və qeyri real təsəvvür edirdik.

İndi isə, “virtual reallıq” anlayışı yaranandan sonra, biz anladıq ki, gələcək çox uzaqda deyil, burda və indidir!

Çox insan VR eşitdikdə, məhşur Pokemon Go oyununu xatırlayır :)

Sizə bir sirr açaq! VR-ın funksiyalarının bununla bitməyini düşünürsünüzsə, o zaman mobil telefonun təkcə zənglər üçün olduğunu da düşünərsiniz ;)

Bu sahə çox sürətlə inkişaf edir və onun məqsədi tək əyləcə deyil, həm də həyatımızı asanlaşdırmaq, biznesdə və digər sahələrdə kömək etməkdir.

Dünyanın ən yaxşı analitikləri hesab edir ki, bu yaxınlarda AR eynəklər və VR dəbilqələr bizim noutbuk və smartfonlarımız kimi çox insan tərəfindən işlənəcək və normal aksesuarlara bənzəyəcək.

Əlbəttə ki, virtual reallığın və gələcəyin gücünü dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma inkişaf etdikcə və öyrəndikcə bu elm də dəyişir və inkişaf edir. Bu elm mütləq gerçəklik mövzusunda təsəvvürümüzü dəyişdirəcəkdir.

İndi isə, daha ətraflı!

Virtual reallıq (VR) — istifadəçilərin virtual dünya ilə qarşılıqlı əlaqəsi üçün VR eynəkləri taxmalı olduğu üçölçülü, tam kompüter mühitidir.

Tamamlanmış reallıq (AR) isə özündə həm kompüterin yaratdığı elementləri, həm də genişləndirilmiş dünyanın yaradılması üçün reallığı birləşdirir.

Virtual və tamamlanmış reallıqlar tədbir təşkilatçılarına tədbir iştirakçılarını öz texnolojiliyi ilə valeh və cəlb edən həqiqətən yeni təəssüratlar yaratmaq üçün yeni imkanlar açır.

Amapola Exlusive Events öz işində tamamlanmış və virtual reallığın elementlərini  fəal şəkildə tətbiq edir. İndi tədbirin təqdimatı Müştəriyə artıq yalnız eskiz-rəsmlər və 3d təqdimatlar şəklində deyil, həm də tamamilə yeni təqdimatda eynəklər, şlemlər və virtual reallığın digər elementlərindən istifadə etməklə VR təqdimatı şəklində təklif olunur. Şirkətin ofisində olarkən Müştəri öz məkanını, dekorasiyalar və dizayner tərtibatı daxil olmaqla, tədbirdə olacağı şəkildə görə və ora səfər edə bilər. Məkan üzrə virtual tur onun ölçüsü, rahatlığı və həmin tədbirin keçirilməsi üçün ümumi yararlılığı haqqında tam təsəvvür yaradır.

Bundan başqa bizim şirkət ad günlərinin, korporativ tədbirlərin, timbildinqlərin, buraxılış gecələrinin və hətta toyların keçirilməsi zamanı virtual və tamamlanmış reallıq effektlərini təklif və istifadə edir.

Bir sözlə, yeni texnologiyalar tədbirinizə geniş auditoriya cəlb etmək, güclü təəssürat yaratmaq və publikanın yadında qalmaq imkanlarını yaradaraq get-gedə daha çox valeh edir və diqqət cəlb edirlər.

950
1