Tədbirlər sənayesi – yeddi millik addımlarla inkişaf edir

Tədbirlər sənayesi – yeddi millik addımlarla inkişaf edir

Bu gün Tədbirlər marketinqinə brendin və onun dəyərlərinin emosional sahədən irəliləməsində əhəmiyyətli texnologiyalardan biri kimi baxılır.

Tədbirlər marketinqinin əsas üstünlükləri – istehlakçı ilə məhsulun şəxsi təması, brendin dəyərli keyfiyyətlərinin potensial hədəf auditoriyasına çatdırılması, bununla da əlverişli qəbulun, sonradan isə brendə münasibətin formalaşdırılmasına imkan verilməsi.

Rəqabət mühitində marketinq alətləri vasitəsilə potensial istehlakçıların qazanılması ilə əlaqədar məsələ xüsusilə əhəmiyyətli olmağa başlayır ki, məhsulların unikallığı artıq əsas üstünlük deyil, məhsulların istehlakçı xüsusiyyətləri gündən-günə daha çox bir-birinə bənzəyir, hədəf auditoriyanın diqqəti uğrunda mübarizə isə informasiya sahəsindən emosiyalar sahəsinə keçir.

Rəqibləri arasında şirkəti fərqləndirmək, istehlakçının müsbət rəyini və loyallığını formalaşdırmaq üçün, Amapola Exclusive Events şirkəti Tədbirlər marketinqi (və ya ivent marketinq) tədbirlərinin təşkil olunması üzrə öz xidmətlərini təklif edir.

Marketinq tədbirinin keçirilməsinə aşağıdakı mərhələlər daxildir:

  1. Tədbirin hədəf və məqsədlərinin müəyyən edilməsi.

  2. Tədbirin keçirilməsi üzrə dəqiq alqoritmin (planın) hazırlanması.

  3. Müştəriyə təqdimatı: sketch (rəssamın şəkli), 2d, 3d, VR formatlarında.

  4. Marketinq tədbirinin keçirilməsi, tədbirin təşkil olunması üzrə planın bütün maddələrinin yerinə yetirilməsinə tam nəzarət.

  5. Layihənin istifadə üçün tam hazır vəziyyətdə təhvil verilməsi – dəvətnamələrdən tutmuş, xatirə hədiyyələrinə qədər.

  6. Keçirilmiş marketinq tədbirinin analizi

Amapola Exclusive Events şirkətinin portfoliosunda tədbirlər marketinqi kateqoriyası üzrə çoxlu sayda tədbirlər var. Bura, Lüks kateqoriyalı brendlərin yeni kolleksiyalarının təqdimatları – Сartier, Chopard, Micallef, Roberto Coin, Blancpain, Cinema plus kinoteatrlarının açılış mərasimləri, Cinema plus-da kinofilmlərin premyeralarının təqdimatı, Kasko Butik-in yeni məhsulunun, Summer Hell Party-nin təqdimatı, Hard Rock restoranının açılışı və s. daxildir.

Onların arasından ən parlaq və maraqlı olanlarının şəkillərini təqdim edirik:

Chopard zərgərlik evinin “Red carpet” kolleksiyasının təqdimatı

  

Cartier-in yeni kolleksiyasının təqdimatı

Roberto Coin-in yeni kolleksiyasının təqdimatı

Yeni М.Micallef-in təqdimatı

Tədbirlər marketinqi kateqoriyası üzrə portfoliomuzun bütün layihələrinə burada baxa bilərsiniz.

909
1