Tətillərin təşkili ilə məşğul olan təşkilatların xidmətlərindən istifadə edirik ya özümüz səyahət edirik?

Dünyanın pandemiya müddətində çətin bir vaxt keçirməsinə baxmayaraq, insanlar hələ də sərhədlərin açılacağını və ölkələrin ətrafında səyahət etməyi arzulayırlar. Əlbətdə, belə suallar yaranacaq: “Hara getmək lazımdır?  Tətilinizi düzgün və maraqlı şəkildə necə planlaşdırmalısınız?  Hər dəqiqənin yadda qalması üçün vaxtı necə keçirtmək olar? ” Tam istirahət etmək üçün nə etməliyik?”

Amapola Exclusive Events, hazırlanmış istirahət təkliflərini verməklə bütün suallarınızı cavablandıracaq.Tətilinizi başdan sona qədər əhvalınıza, istəklərinizə və büdcənizə uyğun planlaşdırırıq.

Tur, marşrut seçimi, səyahət sənədlərinin toplanması və verilməsi, viza, köçürmələr, oteldə yerləşmə, yemək, görməli yerlər üçün tur proqramları, istirahət səyahətinin təşkili, şəhərin görməli yerləri və incilərini ziyarət etmək proqramı – bütün bu məsuliyyətli işləri komandamız öz üzərinə götürür. Sizə mükəmməl planlaşdırılmış bir tətil üçün təkliflər təqdim edirik və bütün tətilinizin sonuna qədər onun icrası üçün tam ciddiyyət daşıyırıq. Hec bir şey təsəvvür etmək məcburiyyətində qalmayacaqsınız, çünki gələcək tətil üçün bütün fəaliyyət planını aydın şəkildə və bütün komponentlərinin büdcəsini görəcəksiniz. 7

Bundan əlavə, siz öz təşəbbüsünüzlə əvvəlcədən ödəniş etsəz, ümumiyyətlə pul istifadə etmədən səyahət edərək özünüzü qoruya bilərsiniz. Bizdən necə olacağını soruşsaz, bizimlə əlaqə saxlayın biz sizə izah edək.

İndi özünüz hər hansı bir tətil təşkil edən zaman qarşılaşa biləcəyiniz çətinlikləri və fors-major halları nəzərdən keçirək.

Tətilinizi planlaşdırmağa başladıqdan sonra həll edilməli olan bir çox sual ön plana çıxır.  Əvvəlcə getməyə qərar verdiyiniz yer barədə məlumat toplamalı, həmçinin tətil üçün hansı mümkün variantların mövcud olduğunu və hansının sizin üçün ən uyğun olduğunu öyrənməlisiniz. Bundan başqa çıxış sənədlərinin toplanması və verilməsi, vizanın alınması, aviabiletlərin axtarışı, otelin sifariş edilməsi – bunları özünüz etməlisiniz. Həm də yadda saxlamalıyıq ki, otel sifariş saytlarında təsvir olunan şərtlər bəzi vaxtlar həqiqətə uyğun deyil və burada gözlənilməz yaşayış şəraiti ilə qarşılaşmağınızdan və bəzi fors-major hallarından sğortalanmamısınız. Bundan əlavə yemək yediyiniz yerləri seçməlisiniz. İlk dəfə getdiyinizə görə hər hansısa bir şəhərdə yeməyin keyfiyyətindən və qiymətindən məmnun olmaya bilərsiniz. Turistik yerləri ziyarət etmək proqramını planlaşdırmağa gəlincə, marşrutda və ardıcıllıqda səhv etməmək vacibdir.  Səhv qurulmuş ardıcıllıq sizin vaxtınızı və gücünüzü alacaq və nəticədə istədiyiniz yerləri ziyarət edə bilməyəcəksiniz.

Tətilinizi özünüz planlaşdırmağın bütün müsbət və mənfi cəhətlərini nəzərə alaraq, əminik ki, tam istirahət etmək üçün, qərarınız, tətilinizi mütəxəssislərə, yəni Amapola Exclusive Events-ə həvalə etmək olacaq.

69
1