Satış həcminin artırılması üsulu kimi vitrinlərin tərtibatı

Ticarət mərkəzi və ya şəhərdə gəzən zaman vitrinində qeyri-adi və ya çoxdandır ki arzusunda olduğunuz bir əşya gördüyünüz üçün özünüz də fərqinə varmadan mağazaya daxil olmusunuz?

Bu gün sizə mağaza vitrininin satış həcminin 50%, hətta 200%-dək artmasına əsaslı sürətdə necə təsir etdiyi barədə məlumat verəcəyik.

Bəli, bəli! Bu rəqəmlər bütün dünyada çoxsaylı marketinq, statistik və psixoloji tədqiqatlarla təsdiqlənmiş hamıya məlum olan bir faktdır!

Bəs ölkəmizdə bir çox mağaza sahibləri hansı səbəbdən vitrinlərin keyfiyyətli tərtibatından istifadə etmir?

Qeyd edək ki, fikrimizcə bu hal keçmişdən qalıb!

Günümüzdə, yəni alıcılıq qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığı iqtisadi böhran şəraitində  bu xüsusilə kəskin hiss olunur. Bu gün hər bir müştəri çətinliklərə qarşı ayaqda qalmaq və kifayət qədər mənfəət əldə etmək üçün bir imkandır. Bu səbəbdən müştəri uğrunda yüksək rəqabət şəraitində qızğın mübarizə gedir.

Unutmayın ki, ixtisaslaşdırılmış satış yerləri sadəcə təqdim olunan malın əldə olduğunu göstərməli deyil, alıcını da cəlb etməlidir. Sadəcə buna görə məhz indi düzgün vitrin tərtibatı tələbatı artırmağa kömək edəcək.

Vitrin tərtibatı, yəni mağazanızın SİMASI vacib və məsuliyyətli bir məsələdir. Bu məsələ üzərində diqqətlə işləmək lazımdır çünki məhz bu, alıcını cəlb etmək üçün çox vacib əhəmiyyət kəsb edir.

Soruşa bilərsiniz ki, niyə?

Çünki rəngarəng vitrin müştərinin diqqətini cəlb edərək, butik və ya mağazaya daxil olması üçün onu təşviq edəcək.

Gəlin, bu məsələyə aydınlıq gətirək.

Vitrin nə işə yarayır?

Mahiyyətcə, vitrin ticarət, ticarət isə illüziyadır. Faktiki olaraq, vitrinlər satış həcminin artırılması üçün standart illüziyalardan istifadə edir.

Buna sadə misal: mənzil üçün dekor elementləri: gözəl tərtibata malik otaq illüziyası potensial müştəridə qapının tutacağından tutmağa vadar edən müəyyən təəssürat yaradır.

Yaxşı dizaynerin əsas vəzifəsi düzgün təəssürat bağışlamaqdır. Dekorasiya malın hədəf auditoriyasını kütlədən çıxarmalıdır, bu impulsiv alışlara əhəmiyyətli dərəcədə təsir edəcək.

Ölkəmizdə başqa sahələrdə olduğu kimi, mağaza sahibləri vitrin tərtibatı ilə müstəqil şəkildə məşğul olmağa üstünlük verir. Təəssüf ki, bu pul itkisi deməkdir, çünki bir çox halda əldə olunmayan mənfəət vitrinlərin müstəqil şəkildə tərtibatı hesabına qənaət olunan vəsaitlərdən qat-qat çoxdur.

Razı olmaya bilərsiniz, lakin inanın ki, bu çox çətin məsələdir!

İlk növbədə, problemlər peşəkarların seçilməsi mərhələsində başlayır. Axı onlar marketinq, psixologiya, reklam texnologiyaları, statistika və dizayn haqqında biliklərə malik olmalıdır. Üstəlik onlar zövqə malik olmalı, yaradıcı və qətiyyətli olmalıdır. Bu yaradıcılıq sahəsi dar profilli və unikaldır.

Yəqin ki, “adi” vitrin tərtibatı üçün marketinq bilikləri və qətiyyətliliyin niyə lazım olduğu sizə maraqlıdır?

Cavab sadədir: satış həcminin əhəmiyyətli dərəcədə artırılması üçün incə zövqə malik olmaqla, alıcını cəlb etməyi bacarmaqla yanaşı, düzgün istiqamət seçmək də vacibdir. Reklamın yönəldiyi hədəf auditoriyanın müəyyən edilməsi çox vacibdir.

Hədəf auditoriyanın düzgün seçilməməsi vitrinin effektivliyini potensialından qat-qat aşağı sala bilər.

Peşəkar bir insan sınamaqdan çəkinməməlidir. Qeyd etmək lazımdır ki, Yeni il, Novruz bayramı, 8 Mart kimi bayramlarda satışın mövsümiliyi dəstəkləndiyi zaman effekt çoxalır.

1016
1