Tematik axşamlar

Tematik axşamlar tədbirlər sənayesində müasir tendensiyadır. Əvvəlcə tədbirin mövzusunu seçməlisiniz. Növbəti addımlar-axşamın ssenarisini hazırlamaq, təşkilatı məsələləri həll etmək və hər bir şeyi ən xırda detallarına qədər düşünməkdir. Amapola Exclusive Events mütəxəssisləri bu cür tədbirlərin təşkilində öz təcrübələrini bölüşürlər: Uşaqların üçün tematik şənliklərin mövzuları: Övladınıza əyləncəli bir axşam  hədiyyə etmək istəyirsinizsə, onda onun üçün uzun müddət xatırlanacaq bir qonaqlıq hazırlayın. Uşaqlar üçün mövzular:

  • Şahzadə üçün bal ;
  • Piratların şənliyi;
  • Super qəhrəmanlar;
  • Transformerlar;
  • “Peppa pig;
  • Alisa Sehirli Dünyada
  • Pinokkio

Tematik axşamın proqramını düzgün şəkildə yığılması çox vacibdir. Uşaqların yorulmaması üçün aktiv oyun yarışlarını daha sakit oyunlarla növbə ilə dəyişmək məsləhət görülür. Ayrıca, proqrama müxtəlif ustad sənətkarların master-klassları ilə rəng qatmaq olar.

Böyüklər üçün tematik şənliklər. Böyüklər üçün tematik şənliklərin keçirilməsi, əlbəttə ki, uşaq məclislərindən fərqlidir. Toy məclisləri, ad günləri və s.keçirmək üçün müxtəlif mövzular istifadə olunur. Bir mövzu ilə tanış olmaq üçün yalnız xəyal qurun və gecənin qəhrəmanlarının istəklərini nəzərə alın. Populyar Movzular:

  1. Bir çox insan keçmişə qayıtmağı və gecəsini retro üslubda keçirməyi xoşlayır. Ən popular olanlar isə- “New York 20”, “Chicago”, “Great Gatsby” üslubunda təşkil edilən axşamlardır.

Geyim koduna gəldikdə, qadınlar üçün 60-ci illərə uyğun geyimlər, örtüklü şlyapalar, lələkli baş geyimləri, inci boncuklar və s. uyğundur. Kişilər isə smoking geyinir. Musiqi olaraq cazı, bəzək kimi isə o dövrün ruhuna uyğun qədim əşyaları seçə bilərsiniz.

  1. Daha çox istifadə olunan bir mövzu- “Hipsters” filmidir. Parlaq geyimlər, orijinal saç düzümü, zərgərlik və əlbəttə ki, odlu rəqslər.
  2. Daha bir orijinal mövzu- “Agent 007” -dir.
  3. Bayram üçün müxtəlif ölkələrin üslublarından istifadə edə bilərsiniz, məsələn, yapon, italyan, fransız və əlbəttə ki, havay.

Şənliyin gözəl keçməsini istəyirsinizsə, xəyalınızı reallaşdırmağa çalışın və hər şeyi ən kiçik detallara qədər düşünün. Gecənin sonunda uşaqların, dostların, qohumların və həmkarların minnətdar təbəssümləri ilə səylərinizə görə səxavətlə mükafatlandırılacaqsınız və bayram xatirələri illərlə yaddaşınızda qalacaqdır!

1215
1