Hansı qəhvə içkisisən?

Bir insanın olduğu kimi qəhvənin də dadından, tərkibindən, görünüşündən və ya içmə üsulundan asılı olaraq xarakterə sahib olduğunu bilirdinizmi? Sizə özünüzü tapmaq üçün qəhvə içkilərinin xarakterlərini təqdim edirik. Bəs sən hansı qəhvə içkisisən ??

Espresso

Sən Espresso-san. Təmkinli, nəzakətli və ən əsası – praqmatik. Səninlə yol getmək və bu tünd qəhvə dadından başqa heç nə barədə düşünməmək olar.

Ristretto

Parlaq, emosional, İtalyan qəlbinin xüsusiyyəti ilə. Əlbəttə ki, Ristretto! Burada nə əlavə etmək olar? Ola bilsin —
Perfettamente!

Lungo

Sənin kimilər haqqında həmişə həsədlə danışırlar — güclü, möhkəm, özünə inamlı və cəsarətli! Şübhəsiz Lungo!

Americano

Sən heç vaxt diplomatikliyə etinasızlıq göstərməzsən, amma ona nəfis dad əlavə edərkən öz çoşqunluğunu da gizlədə bilməzsən! Sən əsl Americano-san!

Cappuccino

Bu məhəbbətdir! Əvvəl sərt, sonra şirin və asan. Amma şirin və sərt anlar — ən yaxşısıdır! Siz Cappuccino-nun mükəmməl nümayəndəsisən!

Café Latte

Sənin kimilər haqqında həmişə xoş sözlər danışırlar! Yumşaq, şirin və rahat. Cafe Latte deyilsə, bəs kimdir?

Filter Coffee

Zəngli saatdan əvvəl qalxırsan və həmişə sərtliyinlə fərqlənirsən. Dəqiqlik sənin işgüzar həyatının şəksiz güclü tərəfidir! Sən – Filter Coffee-sən!

Con Panna

Sənin mütləq arxandan baxacaqlar və heç vaxt cazibədar və təkraredilməz şəxsiyyəti unutmayacaqlar! Həmin o Con Panna kimi yaddaqalan!

Latte Macchiato

Sadiq və eyni zamanda maraqlı. Sən öz rəngarəngliyinlə ürəkləri məharətlə məftun edirsən. Tanıdın? Bəli, sən – Latte Macchiato!

Frappuccino

Yay yağışı kimi sakit. Eyni dərəcədə soyuqluq və praqmatikliklə. Sən – Frapuccino-san!

Raf Coffee

Sən qeyri-adisən! Elə bircə sənin möhkəmliyin və parlaq dolğun emosionallığın nələrə dəyər? Sən 100% Raf Coffee-sən!

Turkish Coffee

Sadiq və şərq-sayağı müdrik! Sən əsrlər boyu davam edən ənənələrin bütün mahiyyətini yeni nəsillərə nümunə kimi məharətlə ötürürsən! Şübhəsiz Turkish Coffee!

Flat White

Hava kimi yüngül və xeyirxah. Səninlə tanışlığa müyəssər olanlar səni məhz belə təsvir edirlər! Ən həqiqi Flat White!

Affogato

Şirin bir desert kimi arzuolunan. Şəkər pambıq kimi incə. Əsl Affogato! Hamı tərəfindən sevilən!

Cold Brew Coffee

İllərlə sxlanmış köhnə şərab kimi. Zəngin yayın rəngləri kimi rəngarəng və ən bahalı ətir kimi dayanıqlı! Cold Brew Coffee. Bu sənsən!

Nitro Coffee

Möcüzə kimi peyda olan və parlaq şirəli yayın sərin havasında rəqs edən qar dənəcikləri kimi oynaq! Sən – Nitro Coffee-sən!

Café Mocha

Son dərəcə xoş həmsöhbət. İncəliyə qədər həssas və ideal romantik kimi sentimental. Cafe Mocha və yalnız o!

Espresso Martini

Qaya kimi möhkəm və ən yaxşı likör kimi tünd şirin! Misilsiz Espresso Martini!

Mocha Caramel

İstisnasız hamı tərəfindən sevilən, öz məziyyətləri ilə maraq oyandıran və öz gözəlliyi ilə ovsunlayan. Mocha Caramel deyilsə, bəs kimdir! Yalnız o!

Iced Café Latte

Yumşaq, lakin eyni zamanda soyuq, öz təbiətinin harmoniyasının qızıl ortasını saxlamağı bacaran. Əsl Iced Cafe Latte!

Dalgona coffee

Dəbli, şık və zamanla ayaqlaşan. Sən, görmək nəsib olan hər kəsin yaddaşında məharətlə iz qoyan Dalgona coffee-sən!

Freddo White

Qeyri-adi rəngarəng xarakteri ilə cəlbedici. O qədər rəngarəngsən ki, Freddo White sənin ikinci adın oldu!

Decaf coffee

Təmkinliyi pedantik unikallıqla qarışdırmaq istedadı sayəsində öz statusunu saxlaya bilən. Decaf coffee və başqa heç kim!

Breve

Sən – Breve-sən! Təmkinli və o qədər zərifdir ki, əsl qurmanların arzularının səcdəgahı oldu!

Viena Coffee

Vyananın ən yaxşı evlərində olduğu kimi, aristokratik, ruhunun dərinliklərinə qədər yaradıcı və kaman musiqisi kimi zərif. Əsl Viena Coffee!

Romano

Sən öz cəsarətli təbiətinlə ətrafındakıların həyatına birdən daxil olursan, məğlubedilməz kimi zərbəni saxlaya və ürəkləri fəth edə bilirsən. Romano – bu sənin təbiətindir!

Corretto

Corretto – bu sənsən! Cəsarətli və möhkəm. Sərt dadlı və güclü təbiətli. Həsəd edilə biləcək dost və ətrafdakıların hörmətini qazanmış. Bu xoşbəxtlik deyilmi?

Mead Raf

Siz həyatdan hər şeyi ala bilirsən! Ruhunun rəngarəngliyi səninlə tanış olanların arzuolunan keyfiyyətinə çevrilir!

Caramel Latte

Yalnız Caramel Latte! Romantik, cəlbedici və inanılmaz mehribanlıq enerjisi ilə! Bundan yaxşı nə ola bilər?

Lavender Raf

Təbii gözəlliklə dolu. Sən öz təbiətinin yaradıcılığını ruhunun xarizmatikliyi ilə məharətlə birləşdirirsən! Lavander Raf sənin ikinci adındır!

Vanilla Raf

Sənə etibar etmək olar! Mehriban, xeyirxah və həssas. Səndə yalnız incə ruhun nümayəndələrinə xas olan keyfiyyətlər toplanmışdır. Bir sözlə – Vanilla Raf!

Beer Raf

Özünə inamlı, güclü və cəsarətli. Sənin yanında divarın arxasındakı kimi! Beer Raf! Sənin təbiətində olanları məhz belə çağırırlar!

Havana Cappucino

Sən şübhəsiz Havana Cappucino-san! Ekzotika və sərgüzəştləri sevən səyyah. Səninlə darıxmaq mümkün deyil! Bu əladır!

Coffee Alexander

Sən özünlə fəxr edə bilərsən! Sən – Coffee Alexander-sən! Ən tarixi döyüşçü kimi möhkəm! Qaya kimi etibarlı və padşah kimi hökmlü!

119
1